Dünya

Rusiyanın müharibədə itkiləri “1 milyona yaxınlaşır” 

5 İyun, 2025
125

Foto: Getty Images

Rusiyanın Ukrayna ilə apardığı müharibədə ölən və yaralanan əsgər sayının 1 milyona yaxınlaşdığı bildirilir. 

Bu barədə Vaşinqtonda mənzillənən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin iyunun 3-də dərc etdiyi araşdırmada deyilir. 

Qeyd olunur ki, Rusiyanın 2022-ci ilin fevralından bəri itkiləri artıq 950,000-i keçib və bunların təxminən 250,000-i ölən əsgərlərdir. 

“İkinci Dünya Müharibəsindən bəri heç bir Sovet və ya Rusiya müharibəsində Ukraynadakı qədər yüksək ölüm nisbəti müşahidə olunmayıb”, - Mərkəzin araşdırmasında deyilir. 

Bundan əlavə qeyd olunur ki, Ukrayna təxminən 400,000 itki verib, bunun 60,000-dən 100,000-ə qədəri isə ölənlərdir. 

Mərkəzin rəqəmlərinin ABŞ və Britaniyanın kəşfiyyat məlumatları əsasında hesablandığı bildirilib. 

Rusiya müharibədəki itkilərini rəsmi olaraq açıqlamır. 

Ukrayna Prezidenti Volodimir Zelenski fevralda deyib ki, müharibə başlayandan 46,000 Ukrayna əsgəri ölüb və 380,000-dən çoxu yaralanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Belarusda 7 minə yaxın informasiya resursu “ekstremist” kimi tanınıb

6 İyun 2025

Foto: Kommersant

Belarus İnformasiya Nazirliyinin rəhbəri Marat Markov bildirib ki, Belarusda 7 minə yaxın informasiya resursu “ekstremist” kimi tanınıb. Nazirlik ümumilikdə 18 min resursun fəaliyyətini məhdudlaşdırıb.  "Təkcə ötən il 3,15 mindən çox resurs bloklanıb. 2025-ci ilin ilk beş ayında isə biz artıq bu rəqəmə çatmışıq", - o deyib. Belarus hakimiyyəti müstəqil medianı da “ekstremist” kimi tanıyıb. 2021-ci ilin iyulunda təhlükəsizlik qüvvələri “Azadlıq” radiosunun Belarus xidmətinin ofisini “ələ keçirib”. Bir neçə jurnalist saxlanılıb və daha sonra zaminə buraxılıb.  Dekabrın 3-də “Azadlıq” radiosunun Belarus xidmətinin sosial şəbəkələri “ekstremist materiallar” kimi tanınıb. Dekabrın 23-də isə Belarus Daxili İşlər Nazirliyi nəşrin onlayn resurslarını “ekstremist qruplaşma” kimi tanıyıb.
Dünya

Rus məktəblərində "Rusiyanın mənəvi-əxlaqi mədəniyyəti" fənni tədris olunacaq

3 İyun 2025

Foto: TACC

Rusiya məktəblərində 2026-cı ilin sentyabrından “Rusiyanın mənəvi-əxlaqi mədəniyyəti” adlı fənn tədris olunacaq.  Bu barədə “TASS” agentliyi Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkova istinadən məlumat verib. Məlumata görə, fənn 5-ci sinifdən 8-ci sinifə qədər məcburi şəkildə tədris olunacaq.  “Fənnin strukturu hazırlanıb, onu tarix müəllimləri tədris edəcəklər. 5-ci sinifdə – 17 saat, 6-cı sinifdə – 34 saat, 7-ci sinifdə də 34 saat olacaq. Fənn məcburi olacaq. Bu səbəbdən baza təhsil proqramının strukturu da yenidən nəzərdən keçiriləcək. Bu, ideoloji baxımdan mühüm fənlərdən biri olacaq,” – Lubkov deyib.  Lubkovun sözlərinə görə, fənnin məzmunu “rus sivilizasiyasına məxsus mənəvi-əxlaqi dəyərlər — qəhrəmanların fəaliyyəti və onların...

Seçilmiş Videolar

Toplum TV loqo