Foto: Abzas Media
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi”ndə təqsirləndirilən şəxslərə dövlət ittihamçısının 11-12 il həbs cəzası istəməsini pisləyib.
“Bu jurnalistlərin yeganə “günahı” korrupsiyanı cəsarətlə araşdırmaqdır. Hazırda 20-dən çox müstəqil jurnalist oxşar saxta ittihamlarla üzləşir. Beynəlxalq ictimaiyyət təcili şəkildə Azərbaycanı bu utancverici təzyiqlərə son qoymağa çağırmalıdır,” – CPJ-nin proqram direktoru Karlos Martinez de la Serna bəyanatında bildirib.
Sərhədsiz Reportyorlar (RSF) təşkilatı da oxşar bəyanat yayaraq “Abzas"çılara “ümumilikdə 80 il” iş istənilməsini qınayıb.
Həmçinin, RSF mayın 19-da Azərbaycanda həbsdə olan 25 jurnalistin fotolarından ibarət qalereya yaradıb və bəyanat verib.
“Artıq iki onillikdən çoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsində media plüralizmini sistemli şəkildə dağıdıb və bu repressiyalar 2023-cü ilin payızından etibarən daha da güclənib. Qarabağ münaqişəsinin ardından, təbliğatın ictimai müzakirənin yerini aldığı bir dövrdə, hakimiyyət müstəqil medianın qalan izlərini də silməyə çalışır. Əsasən “valyuta qaçaqmalçılığında” — əslində, xarici təşkilatlardan qrant almaq — ittiham edilən bir çox jurnalistlər sadəcə öz peşələrini yerinə yetirdiklərinə və ya media azadlığını müdafiə etdiklərinə görə həbsxanalarda çürüyürlər”, - təşkilatın bəyanatında deyilib.
Mayın 20-də prokuror "Abzas Media"nın direktoru Ülvi Həsənlinin, araşdırmaçı jurnalist Hafiz Babalının və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin 12 il, "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının, koordinatoru Məhəmməd Kekalovun, jurnalistlər Nərgiz Absalamovanın və Elnarə Qasımovanın isə 11 il azadlıqdan məhrum edilməsini istəyib
Təqsirləndirilən şəxslər ilkin olaraq qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.
Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: Reuters
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir