Foto: Toplum TV
Azərbaycan Muay Tay Federasiyasının prezidenti, Türkiyədə sui-qəsdə məruz qalan Araz Musayev Prezident İlham Əliyevə müraciət edib.
Musayev sosial mediada paylaşdığı videomüraciətdə sui-qəsdin arxasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin dayandığını iddia edib.
O, prezidentdən A.Əliyevin həbs olunmasını istəyib.
“A.Əliyev bu hərəkəti ilə, üzərimə “killer”lər göndərməklə ölkəmizi bütün dünya federasiyalarının önündə biabır etdi. Palatanın qapısının ağzında 10-15 jandarma dayanıb. Gələn-gedən gülür bizə, deyirlər ki, Azərbaycanda hələ də belə şeylər baş verir?” - o deyib.
Musayev bu və sui-qəsddən əvvəlki çıxışlarında da qeyd edib ki, A.Əliyev Muay Tay Federasiyasını onun əlindən almaq istəyir.
A.Əliyev “Musavat.com” saytına açıqlamasında Musayevin iddiasını böhtan adlandırıb.
"Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz”, - o deyib.
Musayev mayın 28-də Türkiyənin Antalya vilayətinin Kəmər rayonunda bıçaqla sui-qəsdə məruz qalıb. Ona baş və qarın nahiyələrindən zərbələr endiriblər.
O, Antalyada keçirilən muay tay üzrə dünya çempionatında Azərbaycandan olan idmançı heyətinin başçısı kimi iştirak edirdi.
Sui-qəsd cəhdi ilə əlaqədar Türkiyə polisi 6 nəfəri həbs edib. Onların arasında Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov da var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Getty Images
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir