Siyasət

Vəkil: “Hökumət mart ayından Avropa Məhkəməsinin qərarlarını icra etmir”

31 May, 2025
782

Foto: sosial media

Azərbaycan hökuməti bu ilin mart ayından etibarən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycana dair işlərdə çıxardığı qərarların icrasını həyata keçirmir. 

Bu barədə vəkil Fariz Namazlı Toplum TV-yə deyib. 

Vəkil bildirir ki, hökumət AİHM-in çıxardığı qərarlar üzrə təyin edilmiş kompensasiyaların ödənilməsini faktiki olaraq dayandırıb, eyni zamanda Ali Məhkəmənin Plenumunda bu qərarlar əsasında işlərə yenidən baxmaqdan sistemli şəkildə imtina etməyə başlayıb.

“Bu, yalnız AİHM-in qərarlarının texniki icrasından yayınma deyil, həm də ölkənin beynəlxalq hüquqi öhdəliklərindən birbaşa və açıq şəkildə boyun qaçırması deməkdir”, - Namazlı qeyd edib. 

O əlavə edib ki, hökumət həm də kommunikasiya mərhələsində olan işlərdə AİHM-in suallarına cavab verməkdən imtina edir. 

“Mənim icraatımda olan bir neçə işdə AİHM tərəfindən təqdim olunmuş suallara, o cümlədən mənim təqdim etdiyim şərhlərə qarşı hökumət tərəfindən heç bir münasibət bildirilmir. Bu, artıq təkcə qərarların icrasından yayınma deyil, Avropa Məhkəməsinin proseduruna, səlahiyyətinə və bütövlükdə fəaliyyətinə qarşı etinasız və hörmətsiz münasibət kimi qiymətləndirilməlidir”, - Namazlı vurğulayıb. 

AİHM Azərbaycanda hüquqları pozulan, ədalət axtarışında olan vətəndaşlar üçün sonuncu instansiyadır. 2024-cü ildə AİHM 39 nəfərin Azərbaycana qarşı şikayətlərinə mahiyyəti üzrə baxaraq qərar verib. Bunlardan 38-də Konvensiyanın ən az bir maddəsinin pozuntusu aşkarlanıb. 

Prezident İlham Əliyev 2025-ci il aprelin 9-da ADA Universitetindəki forumda çıxış edərkən bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları daha tanımayacaq. 

O deyib ki, əgər Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlamentlər Assambleyasının (AŞPA) iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq. 

“Biz səsvermə hüququndan məhrum olunmuşuq. O hakimlərə səs verməmişik, kim olduqlarını bilmirik”, o qeyd edib. 

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.

Digər əsaslara nümunə olaraq Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyəti, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

ABŞ senatoru Ələsgər Məmmədliyə məktub yazıb 

8 Oktyabr 2025

Foto/kollaj: Toplum TV

ABŞ senatoru Cin Şahin "Toplum TV"-nin həbsdə olan həmtəsisçisi Ələsgər Məmmədliyə məktub yazıb. O, məktubunda Ə.Məmmədli də daxil olmaqla "siyasi məhbusların müdafiəsinin" onun "şəxsi prioritetlərindən biri" olduğunu qeyd edib.  "Mən sizin işinizi qaldırmaq və azadlığa buraxılmağınız üçün səsimi istifadə etməyə davam edəcəyəm", - Şahin bildirib.  Ə.Məmmədlinin media eksperti kimi ABŞ-də mənzillənən "Internews" və "IREX" kimi təşkilatlarla, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını xatırladan senator onun "töhfələrini yüksək qiymətləndirdiyini" qeyd edib.  "Sizin karyeranız həqiqətə sadiqliyinizi nümayiş etdirir — bu isə demokratiyanın əsas tərkib hissəsidir", - o əlavə edib.  Ə.Məmmədlinin səhhətindəki problemlərdən də xəbərdar olduğunu bildirən Şahin ona tezliklə...
Siyasət

İlham Əliyev Vladimir Putini təbrik edib

7 Oktyabr 2025

Foto: Azərtac

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, Əliyev Putini doğum günü münasibətilə təbrik edib. 73 yaşı olan Putin isə təbriklərə görə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıldığı bildirilir.  Bu, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsindən bəri liderlər arasında ilk telefon zəngidir. Onlar sonuncu dəfə ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğramasından sonra telefonla danışıblar. Putin həmin vaxt qəzanın Rusiya səmasında baş verməsinə görə üzrxahlıq edib. Əliyev isə həmin vaxt AzTV-yə müsahibəsində bunun yetərli olmadığını demiş və Rusiyanın hadisəyə görə üzr...

Seçilmiş Videolar

Toplum TV loqo