Məhkəmə

Əli Zeynal təcridxanadakı vəziyyəti ictimailəşdirdiyinə görə təhdid olunub 

5 İyun, 2025
544

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal saxlandığı Bakı İstintaq Təcridxanasındakı vəziyyəti ictimailəşdirdiyinə görə təhdid olunub. 

O, bunu iyunun 5-də telefon zəngi ilə yaxınlarına deyib. 

Ə.Zeynal bildirib ki, təcridxana işçiləri bundan əvvəlki zəng imkanını əlindən alıblar, buna səbəb kimi isə onun Ədliyyə naziri Fərid Əhmədova ünvanladığı açıq məktub və təcridxanadakı vəziyyəti ictimailəşdirməsi göstərilib. 

Ə.Zeynalın sözlərinə görə, ona deyilib ki, təcridxanadakı vəziyyəti ictimailəşdirməyə davam edəcəyi halda onun üçün “daha pis olacaq”. 

Ə.Zeynal məktubunda təcridxanadakı saxlanma vəziyyətinin çox pis olduğunu, kanalizasiya sularının axdığını və siçanların dolaşdığını yazıb. 

Vəkili Rəsul Cəfərov Toplum TV-yə bildirib ki, Ə.Zeynalın şikayətləri ilə bağlı Penitensiar Xidmətə müraciət yollayacaq. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

İranlılara bəraət verən məhkəmə: "DSX müstəntiqi şahidlər adından ifadə yazıb"

25 İyun 2026

Toplum TV

Azərbaycana narkotik gətirmək ittihamı ilə bir ildən çoxdur həbs olunmuş üç iranlı məhkəmə tərəfindən bəraət alıb.  "Azadlıq Radiosu"nun xəbərinə görə, Vahid Layeqi, Xalid Yazdani və Tohid Monşinejat adlı İran vətəndaşları bu yaxınlarda məhkəmə qərarı ilə azadlığa buraxılıb.  Adı çəkilən şəxslər ötən il mayın 29-da Xəzər dənizinin Neftçala rayonuna yaxın sahilində qayıqda saxlanılıblar. Onlara qarşı Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq, satış məqsədilə külli miqdarda narkotik daşıma kimi ittihamlar irəli sürülüb. Cinayət işi materiallarında yazılıb ki, Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin əməkdaşları  iranlıların olduğu qayıqdan yarım kiloqramdan çox narkotik maddə tapıblar. Eyni vaxtda Neftçala rayonunun Mayak kəndi yaxınlığında, sahildən təxminən...
Məhkəmə

Akif Qurbanov hakimə: "Sanki Əliyevin sifarişi ilə həbs olunmağımıza baxmayaraq, ədalətli məhkəmə aparacaqdınız"

23 İyun 2026

Toplum TV

İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə baş tutmalı olan məhkəmə prosesi təxirə salınıb.  Buna səbəb təqsirləndirilən şəxslərin və müdafiəçilərinin ötən prosesdə dövlət ittihamçısının etdiyi çıxışın mətni ilə hələ tanış olmamasıdır.  Proses vəkillərin müdafiə nitqləri ilə davam etməli olsa da, təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov buna etiraz edib. O bildirib ki, təqsirləndirilən şəxslərin öz müdafiələrini qura bilmələri üçün prokurorun çıxışı ilə tanış olmaq hüquqları var.  Prosesə sədrlik edən hakim Azər Tağıyev isə əvvəlcə A.Qurbanovun tələbini təmin etmək istəməyib və onun çıxışını "şou" adlandırıb.  "Məhkəmə adı ilə şou göstərən...

Seçilmiş Videolar

Toplum TV loqo