açıq mənbədən götürülüb
Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Naziri Şvenya Şulze (Svenja Schulze) bəyan edib ki, Almaniya bundan sonra Gürcüstanla yeni layihələri təsdiqləməyəcək, bu istiqamətdə təşəbbüs göstərməyəcək, həmçinin yeni kredit sazişləri imzalamayacaq (https://t.me/jamnewsru/20800).
Almaniya hökuməti Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Aİ-yə inteqrasiyasını 2028-ci ilə qədər dondurmaqla bağlı bəyanatından sonra bu qərara gəlib. Onun bəyanatı ölkədə bir neçə gündür ki, səngiməyən kütləvi etirazlara səbəb olub.
Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot isə Aİ-ni Gürcüstanda seçki saxtakarlığında və dinc etirazların yatırılmasında iştirak edənlərə sərt sanksiyalar tətbiq etməyə çağırıb.
“Altı gündür ki, cəsur gürcülər rejimin konstitusiyanı pozmasına qarşı çıxırlar. Aİ dəbdəbə üçün deyil, Gürcüstandakı bütün institutlar üçün məsuliyyətdir. Polis qəddarlığına dərhal son qoyulmalıdır. Aİ birmənalı olaraq prezidenti və Avropa tərəfdarlarını dəstəkləməlidir” – Rot “X” platformasındakı səhifəsində belə yazıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
açıq məbədən götürülüb
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri