Toplum TV
Bu gün, dekabrın 4-də Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli şəhərində seçki saxtakarlığına və Avropa İttifaqı ilə danışıqların dayandırılmasına etiraz olaraq aksiya keçirilib. Aksiyada “Rusiya qanununa yox!”, “Təkrar seçki istəyirik!”, “Saxtakarlığa yox!”, “Biz Avropanı seçirik” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları seçki komissiyasının önündən şəhər meriyasının qarşısın qədər yürüş ediblər.
“Həmrəylik” hərəkatının sədri Elnur Əlisoy deyir ki, Marneuli parlament seçkilərində saxtakarlığın episentiri idi və buna görə də, bu proseslərdən kənarda qala bilməzdik.
Hüquq müdafiəçisi Samirə Bayramova isə hesab edir ki, Gürcüstanın Aİ ilə əlaqələri dayansa, gürcü xalqını çətin günlər gözləyir.
“Dəyişikliklər naminə koalisiyası”nın üzvü, deputat mandatından imtina etmiş Oqtay Kazımov bidlirir ki, qeyri-legitim hökumətə legitimlik qazandırmamaq üçün müxalifət olaraq mandatdan imtina ediblər.
Ötən həftə "Gürcü arzusu" Avropa İttifaqı ilə üzvlük danışıqlarını dayandırdığını açıqlayandan sonra Gürcüstanda etirazlar ara vermir. Baş nazir İrakli Kobaxidze geriyə addım atmaqdan imtina edərək etirazların arxasında duran siyasi rəqiblərini cəzalandırmaqla hədələyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq məbədən götürülüb
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri