modern.az
Parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, gələn il aksiz vergisi üzrə dövlət büdcəsinə 288 milyon manat və ya 19 faizə yaxın əlavə yığım gözlənilir. Məlumatlı mənbələrin dediyinə görə, bu artım bilavasitə ölkə daxilində istehsal olunan neft məshullarına aid aksiz vergisi hesabına təmin ediləcək. Əgər 2024-cü ildə bu məshsullar üzrə 698 milyon manat yığım nəzərdə tutulmuşdusa, gələn il üçün daxilolma proqnozu 277,7 milyon artırılaraq 975,7 milyon manata çatıdırlacaq. Deməli, 2025-ci ildə neft məhsullarının qiyməti yenidən arta bilər.
Aydındır ki, ölkədəki avtomobillərin sayında qısa müddətdə ciddi yüksəkiş olması mümkün deyil və vergi yığımını istehlakın genişlənməsi hesabına çoxaltmaq tamamilə istisna olnur. Üstəgəl hibrid və elektriklə işləyən avtomobillərin istifadəsi sürətlə çoxalır və bu amil də neft məhsulları istehlakının artımına imkan vermir.
Xatırladaq ki, ölkə daxilində istehsal olunan neft məhsullarının qiyməti sonuncu dəfə bu ilin iyun ayında təxminən 20 faiz artırılıb. Həmin tarixdə Tarif Şurası bu məhsullar üçün yeni aksiz məbləğləri də müyyən etdi və hazırda ölkə daxilində istehsal olunan Aİ-92 markalı benzinin hər tonu üçün 42,5% dərəcə ilə 319,4 manat, dizel yanacağının hər tonu üçün 18,3% dərəcə ilə 133 manat aksiz vergisi tutulur.
Büdcə sənələrinə görə, ölkə daxilində istehsal edilən digər məhsullara – spirtə və spirtli içkilərə, o cümlədən pivəyə, energetik içkilərə və tütün məmulatlarına tətbiq olunan aksizlər üzrə daxilolmaların məbləğində ciddi artım gözlənilmir. Bu məhsulların aksiz proqnozunun cəmi 9 milyon manat artırılması onların bahalanmayacağına işarədir.
Hökumət xaricdən idxal olunan məhsullar üçün aksiz vergisindən daxilolma proqnozunu əvvəlki səviyyədə (185 milyon manat) saxlayıb və deməli, bu məhsulların da qiymətində dəyişiklik gözləntiləri yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
2025-ci ilin sosial büdcəsi: ünvanlı yardımlar cüzi artırılır, işsizlərə dəstək azaldılır
baku.ws
maşet.az
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?