Siyasət

İqtisadçının ölkədən çıxışına qadağa qoyulub

27 Noyabr, 2024
166

Mikroskop

İqtisadçı Toğrul Vəliyevin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə özü Facebook hesabında yazıb.

O, ölkədən çıxışına qadağanın “AbzasMedia işi” ilə bağlı qoyulduğunu istisna etmir.

“Azərbaycanda qalmaq cəza və ya təzyiq növüdür? Bilmirəm”, – iqtisadçı yazıb.

Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Toğrul Vəliyev 2023-cü il noyabrın 28-də Bakı Şəhər Baş Polis İdarəsində “AbzasMedia işi” ilə bağlı şahid qismində dindirilmişdi. Daha sonra BŞBPİ-nin vəsatəti əsasında Xətai Rayon Məhkəməsi onun əmək haqqı kartına həbs qoyub.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Antonio Koşta: “Aİ Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyir” 

14 Avqust 2025

Foto: X / @antoniocostapm

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə “çox müsbət” telefon danışıqlarının olduğunu deyib.  O, bunu “X” səhifəsindəki bəyanatında bildirib.  “Ermənistan və Azərbaycan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Sazişinin tarixi paraflanması hər iki ölkə və daha geniş region üçün davamlı sülhə doğru mühüm bir addımı ifadə edir. Aİ onun icrasını dəstəkləməyə, regional əlaqələri gücləndirməyə, icmaların illərlə davam edən münaqişəni arxada qoymasına və davamlı sülh, sabitlik və rifaha doğru irəliləməsinə tam sadiq qalır”, - Koşta əlavə edib.  Azərbaycan prezidentinin saytında təbriklərə görə minnətdarlığını ifadə edən Əliyevin “sülh gündəliyinin təşəbbüskarının və...
Siyasət

Solovyov: Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” zərurəti ola bilər 

13 Avqust 2025

Foto: açıq mənbə

“Rusiya-1” telekanalının aparıcısı və Kremlin təbliğatçısı Vladimir Solovyov Azərbaycana qarşı müharibə aparılması ehtimalından danışıb.  Verilişində çıxış edən Solovyov Xəzər dənizində NATO bazasının yaradılmasının qarşısını almaq üçün yeni bir “xüsusi hərbi əməliyyat”ın zəruri ola biləcəyini iddia edib. Rusiya bu ifadəni artıq dörd ilə yaxın davam edən Ukrayna işğalını təsvir etmək üçün istifadə edir. “Anlamaq lazımdır ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir. Yaxın zamanda Xəzər dənizi elə bir vəziyyətə düşə bilər ki, orada NATO bazaları yaransın. Bu isə o qədər təhlükəlidir ki, geosiyasi baxımdan elə nəticələrə gətirib çıxara bilər ki, [Ukrayna müharibəsi] bizim nəslimizin sonuncu xüsusi hərbi əməliyyatı olmaya bilər”,...

Seçilmiş Videolar

Toplum TV loqo