açıq mənbədən götürülüb
Bu gün Bakı Apellyasiya məhkəməsində Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmaması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
Vəkil Fəxrəddin Mehdiyev Toplum TV-yə məhkəmənin qərarı qüvvədə saxladığını deyib.
Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini 3 ay uzadıb.
O, noyabrın 28-də keçirilən məhkəmədə haqqındakı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdi.
Ə.Məmmədli həmin məhkəmədə demişdi ki, onun ev dustaqlığına buraxılması istintaqın aparılmasına heç bir maneə törətmir. O, 9 aydır davam edən istintaq üçün açıq sual qalmadığını, faktiki olaraq onun çoxdan yekunlaşdığını bildirmişdi.
“Amma tamamilə əsassız olaraq hələ də həbsdə saxlanılıram. Mən açıq aşkar hüquq terroruna məruz qalmışam. Təəssüf ki, ölkədə bu hüquqsuzluğun durdurulmasına nail ola bilmirik”, qardaşı Nəsimi Məmmədli Ələsgər Məmmədliyə istinadla Facebook səhifəsində yazıb.
Toplum TV-nin təsisçisi məhkəmənin qərarını qanunsuz hesab edərək siyasi sifarişlə həbsxanada girov saxlandığını bildirmişdi.
Bu ilin martında "Tolum TV işinə" görə 7 nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib. Onlar qaçaqmalçılıqda ittiham olunurlar. Özləri ittihamı rədd edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
amerikanınsəsi
Böyük Britaniya səfiri Rüfət Səfərovun saxlanılmasına görə narahat olduğunu yazır
açıq mənbədən götürülüb
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri