Dünya

Trampın Ukraynayla bağlı planı getdikcə daha çox aydın olur: ərazi güzəştlərinə məcbur etmək, NATO-ya qəbul etməmək

4 Dekabr, 2024
13

CNN

ABŞ-ın seçilmiş prezidenti Donald Trampa yaxın bir neçə şəxsin açıqlamaları və müsahibələrindən aydın olur ki, onun müşavirlərinin Ukraynadakı müharibəyə son qoymaqla bağlı açıq və qapalı təklifləri ölkənin böyük hissəsinin yaxın gələcəkdə Rusiyanın əlinə keçəcəyini göstərir (https://www.reuters.com/world/trumps-plan-ukraine-comes-into-focus-territorial-concessions-nato-off-table-2024-12-04/).

Üç əsas müşavirin, o cümlədən Trampın Rusiya-Ukrayna münasibətləri üzrə xüsusi nümayəndəsi, istefada olan general-leytenant Keyt Kelloqun təkliflərində oxşar elementlər çoxdur. Onların arasında Ukraynanın NATO üzvlüyünün gündəmdən çıxarılması təklifi də var.

Müşavirlərinin bəyanatları Trampın sülh planının mümkün konturlarını üzə çıxarır. Onlar Moskva və Kiyevi “kökə və qamçı” vasitəsilə danışıqlara məcbur etməyə çalışacaqlar - Kiyev danışıqlara razılaşmasa, bu ölkəyə hərbi yardım kəsiləcək, Rusiya prezidenti Vladimir Putin danışıqlardan imtina etsə, yardım artırılacaq.

Seçki kampaniyası zamanı Tramp dəfələrlə bəyan etmişdi ki, üç ilə yaxın davam edən bu konflikti  yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonrakı 24 saat ərzində sona çatdıracaq. Amma o buna necə nail olacağını hələ açıqlamayıb. Analitiklər və keçmiş milli təhlükəsizlik rəsmiləri Trampın öz vədini yerinə yetirə biləcəyinə böyük şübhə ilə yanaşırlar.

Canlı qüvvə çatışmazlığı və artan ərazi itkiləri ilə üzləşən Ukrayna prezidenti Vladimir Zelenski danışıqlara razılaşa biləcəyinə işarə edib.

Ukraynanın NATO-ya qəbul edilməsi istəyini tez-tez dilə gətirən Zelenski bu həftə deyib ki, Ukrayna işğal olunmuş ərazilərinin bir hissəsini qaytarmaq üçün diplomatik həll yolları tapmalıdır.

Amma analitiklər və keçmiş ABŞ rəsmiləri bildirirlər ki, tezliklə Tramp Putinin sülh danışıqlarında maraqlı olmadığını anlaya bilər, çünki Ukraynada yeni ərazilər ələ keçirmək ona daha çox qazanc əldə etmək fürsəti yaradır.

"Putin heç yerə tələsmir" - Amerika kəşfiyyatının Rusiya üzrə keçmiş analitiki, hazırda “Beynəlxalq sülh üçün Karnegi Fondu”nun təhlil mərkəzində çalışan Yucin Rumer (Eugene Rumer) belə deyib.

O qeyd edib ki, Putin sülh üçün irəli sürdüyü şərtlərdən vaz keçmək istəyi nümayiş etdirmir. Bu şərtlər arasında Ukraynanın NATO-ya daxil olmaqdan  imtina etməsi  və Rusiyanın tam nəzarət etmədiyi dörd əyalətdən vaz keçməsi tələbi də var. Kiyev bu tələbi rədd edib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanda azərbaycanlılar da etiraza qalxdılar

4 Dekabr 2024

Toplum TV

Bu gün, dekabrın 4-də Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli şəhərində seçki saxtakarlığına və Avropa İttifaqı ilə danışıqların dayandırılmasına etiraz olaraq aksiya keçirilib.  Aksiyada “Rusiya qanununa yox!”, “Təkrar seçki istəyirik!”, “Saxtakarlığa yox!”, “Biz Avropanı seçirik” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları seçki komissiyasının önündən şəhər meriyasının qarşısın qədər yürüş ediblər. “Həmrəylik” hərəkatının sədri Elnur Əlisoy deyir ki, Marneuli parlament seçkilərində saxtakarlığın episentiri idi və buna görə də, bu proseslərdən kənarda qala bilməzdik.  Hüquq müdafiəçisi Samirə Bayramova isə hesab edir ki, Gürcüstanın Aİ ilə əlaqələri dayansa, gürcü xalqını çətin günlər gözləyir. “Dəyişikliklər naminə koalisiyası”nın üzvü, deputat mandatından imtina etmiş Oqtay Kazımov bidlirir ki, qeyri-legitim...
Dünya

Almaniya Gürcüstanla əməkdaşlığını dayandırır 

4 Dekabr 2024

açıq mənbədən götürülüb

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Naziri Şvenya Şulze (Svenja Schulze) bəyan edib ki, Almaniya bundan sonra Gürcüstanla yeni layihələri təsdiqləməyəcək, bu istiqamətdə təşəbbüs göstərməyəcək, həmçinin yeni kredit sazişləri imzalamayacaq  (https://t.me/jamnewsru/20800).  Almaniya hökuməti Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Aİ-yə inteqrasiyasını 2028-ci ilə qədər dondurmaqla bağlı bəyanatından sonra bu qərara gəlib. Onun bəyanatı ölkədə bir neçə gündür ki, səngiməyən kütləvi etirazlara səbəb olub. Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot isə Aİ-ni Gürcüstanda seçki saxtakarlığında və dinc etirazların yatırılmasında iştirak edənlərə sərt sanksiyalar tətbiq etməyə çağırıb. “Altı gündür ki, cəsur gürcülər rejimin konstitusiyanı pozmasına qarşı çıxırlar. Aİ dəbdəbə üçün deyil,...

Seçilmiş Videolar

Toplum TV loqo