İqtisadiyyat

Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə

5 Noyabr, 2024
102

açıq mənbədən götürülüb

Azərbaycan hökuməti ötən il mikro və kiçik bizneslər üçün ləğv etdiyi vergi güzəştlərinin qismən bərpa olunması ilə bağlı büdcə zərfinə dəyişiklik hazırlayıb. Layihə artıq parlamentə təqdim olunub.

Sənədə əsasən, illik qazancları 45 000 manatı keçməyən müəyyən peşə sahibləri yenə də (2024-cü ilin yanvarınadək qüvvədə olan güzəşt mexanizmi üzrə) öz gəlirlərinin 5 faizi qədər vergi ödəyəcəklər. Vergi hesablananda xərclər nəzərə alınmayacaq. Amma əvvəlki təcrübədən fərqli olaraq yeni təklif olunan güzəştdən mikro və kiçik sahibkarların heç də hamısı faydalana bilməyəcək.  Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, yalnız aşağıdakı sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar üçün 20 faizlik gəlir vergisinə 75 faiz güzəşt tətbiq olunacaq:

 

•  proqram təminatı hazırlanması sahəsində xidmətlər;

•  layihə-dizayn və dekorasiya xidməti;

•  tərcümə xidməti;

•  reklam xidməti;

•  turizm xidməti;

•  xidmət ixracı;

•  qiymətləndirmə fəaliyyəti;

•  sifarişlərin çatdırılması və kuryer xidməti;

•  araşdırma və tədqiqat fəaliyyəti; 

•  jurnalist fəaliyyəti;

•  elm, təhsil, idman və mədəniyyət sahəsində göstərilən xidmətlər;

•  bazar konyunkturunun araşdırılması sahəsində fəaliyyət;

•  hüquq, sərbəst auditor və mühasibatlıq sahəsində xidmətlər.

 

Qeyd etmək vacibdir ki, 2024-cü ilin yanvarınadək qüvvədə olan güzəşt mexanizmi mühasibat sənədlərində xərclərini göstərən və illik gəliri 200 min manata qədər olan çox sayda fəaliyyət sahəsini əhatə edirdi. Məsələn, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan  mikro və kiçik sahibkarlar da həmin  güzəştdən bəhrələnə bilirdi, amma bu dəfə onlar kənarda qalacaqlar.

Eyni zamanda, yeni güzəşt mexanizmində vergiyə cəlb olunan dövriyyə köhnə sistemlə müqayisədə təxminən 4 dəfə azaldılır.

 

"Toplum TV"

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

2025-ci ilin sosial büdcəsi: ünvanlı yardımlar cüzi artırılır, işsizlərə dəstək azaldılır

11 Noyabr 2024

baku.ws

2025-ci ildə əhalinin sosial müdafiəsinə dövlət büdcəsindən 4,8 milyard manat  - 2024-cü ildəkindən 486 milyon manat (11 faiz) çox vəsait ayrılacaq. Əsas sual budur ki, əhalinin ayrı-ayrı sosial qrupları artımdan nə dərəcədə bəhrələnə biləcəklər.   Ən böyük pay pensiyaçılara düşəcək 486 milyon manatlıq artımın 387 milyon manatı, yaxud 80 faizi əmək pensiyalarının indeksləşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna -  transferlərin genişləndirilməsinə yönəlidiləcək. Ümumilikdə gələn il Fonda dövlət büdcəsindən 1,6 milyard manat köçürüləcək. 2024-cü ilin büdcəsində həmin məbləğ 1,2 milyard manatdan bir qədər çox olub. “Əmək pensiyaları haqqında” Qanuna görə, pensiyaların sığorta hissəsi hər il orta aylıq əməkhaqqının illik artım tempinə...
İqtisadiyyat

AZCON yaradıldı - metropolitendən AZAL-adək yeni holdinqin nəzarətində 

8 Noyabr 2024

maşet.az

Prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Başqa bir fərmanla Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, həmçinin dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib. AZCON-a daxil olacaq qurumlar bunlardır: “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və “Bakı Gəmiqayırma Zavodu” MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos"), “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və...

Seçilmiş Videolar

Toplum TV loqo