Siyasət

Deputat: “Monopoliya ucbatından xeyli insan evinə çörək aparmaqdan məhrum edilir”

26 Noyabr, 2024
112

açıq mənbədən götürülüb

Milli Məclisin 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli monopoliyadan danışıb: "Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalımızın inkişafına çox ciddi mane olur".

Unikal xəbər verir ki, deputat monopolistlərin müxtəlif üsullarla rəqiblərini sıradan çıxarmalarına diqqət çəkib: “Bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar və fərqində deyillər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanından məhrum edilir.

Ona görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gəlir. Korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir", - deyə deputat bildirib

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Antonio Koşta: “Aİ Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyir” 

14 Avqust 2025

Foto: X / @antoniocostapm

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə “çox müsbət” telefon danışıqlarının olduğunu deyib.  O, bunu “X” səhifəsindəki bəyanatında bildirib.  “Ermənistan və Azərbaycan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Sazişinin tarixi paraflanması hər iki ölkə və daha geniş region üçün davamlı sülhə doğru mühüm bir addımı ifadə edir. Aİ onun icrasını dəstəkləməyə, regional əlaqələri gücləndirməyə, icmaların illərlə davam edən münaqişəni arxada qoymasına və davamlı sülh, sabitlik və rifaha doğru irəliləməsinə tam sadiq qalır”, - Koşta əlavə edib.  Azərbaycan prezidentinin saytında təbriklərə görə minnətdarlığını ifadə edən Əliyevin “sülh gündəliyinin təşəbbüskarının və...
Siyasət

Solovyov: Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” zərurəti ola bilər 

13 Avqust 2025

Foto: açıq mənbə

“Rusiya-1” telekanalının aparıcısı və Kremlin təbliğatçısı Vladimir Solovyov Azərbaycana qarşı müharibə aparılması ehtimalından danışıb.  Verilişində çıxış edən Solovyov Xəzər dənizində NATO bazasının yaradılmasının qarşısını almaq üçün yeni bir “xüsusi hərbi əməliyyat”ın zəruri ola biləcəyini iddia edib. Rusiya bu ifadəni artıq dörd ilə yaxın davam edən Ukrayna işğalını təsvir etmək üçün istifadə edir. “Anlamaq lazımdır ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir. Yaxın zamanda Xəzər dənizi elə bir vəziyyətə düşə bilər ki, orada NATO bazaları yaransın. Bu isə o qədər təhlükəlidir ki, geosiyasi baxımdan elə nəticələrə gətirib çıxara bilər ki, [Ukrayna müharibəsi] bizim nəslimizin sonuncu xüsusi hərbi əməliyyatı olmaya bilər”,...

Seçilmiş Videolar

Toplum TV loqo