Dünya

Bayden Ukraynaya 725 milyon dollarlıq yardım paketi hazırlayır

28 Noyabr, 2024
6

açıq mənbədən götürülüb

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 725 milyon dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır. “Reuters” bunu iki mənbəyə istinadən yazır (https://www.reuters.com/world/biden-readies-725-million-arms-aid-package- ukraine-sources-say -2024-11-27/).

Onlardan birinin dediyinə görə, ABŞ öz ehtiyatlarından Ukraynaya müxtəlif avadanlıqlar, o cümlədən tank əleyhinə silahlar, pilotsuz uçuş aparatları, minalar, “Stinger” raket sistemləri və HIMARS MLRS üçün sursat verməyi planlaşdırır.

Agentlik qeyd edir ki, yaxın günlərdə yardım paketinin tərkibi və dəyəri dəyişə bilər.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya ordusu Ukraynanın enerji infrastrukturunu vurmağa davam edir

28 Noyabr 2024

PBC

Rusiya ordusu Ukraynanın enerji infrastrukturlarını  raket və dronlarla vurmağa davam edir. Bütün ölkə boyu elektrik enerjisi müvəqqəti olaraq kəsilib. Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib (https://t.me/radiosvoboda/72447). Xüsusilə Kiyev, Sumı, Xarkov, Volın və Kirovoqrad vilayətlərindəki obyektlər hədəf alınıb. “Suspilne”nin xəbərinə görə, Rovne və Lutskda partlayışlar baş verib. RBC-Ukrayna isə Odessa və Kropivnitskidə partlayış səsləri eşidildiyini yazıb. Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin məlumatına görə, noyabrın 28-nə keçən gecə və bu səhər Rusiya qoşunları Ukrayna ərazisinə toplam 188 raket və dron  buraxıblar (https://t.me/kpszsu/23855). Açıqlamada silahlar belə təsnifatlandırılıb: - 3 ədəd S-300 zenit raketi; - 57 ədəd Kh-101 qanadlı raketləri; -...
Dünya

Ruminiya prezident seçkisinin nəticələrində “TikTok”un rolunu araşdırır

28 Noyabr 2024

France24

Rumıniya hakimiyyəti noyabrın 24-də keçirilmiş prezident seçkilərinin birinci turunda rusiyayönlü namizədin sürpriz qələbəsində “TikTok”un rolunu anlamağa çalışır (https://t.me/bbcrussian/73454). Kremllə əlaqələrdə ittiham olunan ifrat sağçı Kalin Georgesku digər 12 namizəddən daha çox səs toplayıb. Bu gün Rumıniyanın Ali Milli Müdafiə Şurası sosial media və digər məşhur internet platformalarının seçki prosesinə və bütövlükdə ölkəyə hansı risklər yarada biləcəyini müzakirə etmək üçün təcili iclas keçirəcək. 62 yaşlı Georgescu Rumıniyadan kənarda, demək olar ki, heç tanınmayan biridir. Son vaxtlara qədər o, prezidentliyə ciddi namizəd hesab olunmurdu və seçki kampaniyasını əsasən internetdə, “TikTok” platformasında aparırdı.  

Seçilmiş Videolar

Toplum TV loqo