Məhkəmə

Zəka Mirağayev 3 il azadlıqdan məhrum edib

 

28 Noyabr, 2024
204

Abzas

Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan ictimai fəal Zəka Mirağayev 3 il azadlıqdan məhrum edilib.

Vəkil Elçin Sadıqov Turan-a deyib ki, müttəhim son sözündə ona qarşı irəli sürülən ittihamı rədd edib, polisin qanunsuz hərəkətlərini tənqid etdiyinə görə həbs edildiyini vurğulayıb.

Vəkilin sözlərinə görə, ictimai fəal polis bölməsində işgəncəyə məruz qaldığını, fiziki təzyiq altında öz-özünə böhtan atdığını, narkotiki onun cibinə polisin qoyduğunu bildirib.

O, həmçinin məhkəmənin obyektiv istintaq aparmadığını qeyd edib.

Müdafiə tərəfi fəala bəraət verilməsini istəyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Apellyasiya Məhkəməsi "Abzas"çılarla bağlı hökmü qüvvədə saxlayıb 

9 Sentyabr 2025

Foto: Abzas Media

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində "Abzas Media işi" üzrə məhkəmə prosesi keçirilib.  APA-nın xəbərinə görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  Qərara əsasən, "Abzas"çıların əvvəlki instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.  İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.  Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6...
Məhkəmə

Şəmşad Ağa: Məhkəmənin gülünc personajına çevrilən biri “möhtərəm və cənab” kimi etiketlərə layiq deyil

8 Sentyabr 2025

Foto: sosial media

“Arqument.az” saytının baş redaktoru, “Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist Şəmşad Ağanın sentyabrın 1-də Xətai Rayon Məhkəməsində çıxışı edib. Meydan TV-nin dərc etdiyi çıxışı təqdim edirik: “Mən məhkəməyə ərizə ilə müraciət etmişdim ki, həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı prosesdə iştirak etmək istəmirəm. Həm siyasi sifarişə boyun əyən məhkəməyə etimadımın olmamasını, həm də səhhətimdəki problemləri əsas gətirərək prosesin vəkillərimin iştirakı ilə keçirilməsini istəmişdim, amma bu gün sentyabrın 1-də – doğum günümdə qəfil gəlib dedilər ki, məhkəməyə çıxırsan.

Maraqlıdır ki, avqustun 30-da müstəntiq təcridxanaya gəlib mənə 7 maddə üzrə ittiham elən edəndə həbs müddətimin daha 1 ay 1 gün uzadılacağını...

Seçilmiş Videolar

Toplum TV loqo