açıq mənbədən götürülüb
“Facebook”-un yaradıcısı Mark Zukerberq və ABŞ-ın seçilmiş prezidenti Donald Tramp görüşüblər (https://t.me/radiosvoboda/72452).
“Fox News” telekanalı bunu Trampın müşaviri Stiven Millerə istinadən yazıb.
Millerin sözlərinə görə, Zukerberq Trampın ABŞ-da və bütün dünyada həyata keçirmək istədiyi islahatları dəstəkləməyə hazır olduğunu bildirib. Miller əlavə edib ki, bu əməkdaşlıqda Zukerberqin öz maraqları var, amma o, Trampın ikinci dəfə prezident seçilməsinə “milli yenilənmə” fürsəti kimi baxır.
“Meta”nın sözçüsü “CBS News”-a verdiyi açıqlamada görüş faktını təsdiqləyib; bildirib ki, Zukerberq Trampın Floridadakı Mar-a-Laqo iqamətgahına şam yeməyinə dəvə edilməsini və onun komandasının üzvlərilə ünsiyyət imkanını yüksək qiymətləndirir.
2021-ci il yanvarın 6-da Kapitoliyə hücumundan sonra “Facebook” və “Instagram” Trampın paylaşımlarında zorakılığa təhrik olduğunu əsas gətirərək onun hesablarını bloklamış, 2023-cü ilin əvvəlində bəzi məhdudiyyətlərlə bərpa etmiş, iyul ayında isə “Meta” həmin məhdudiyyətləri aradan qaldırmışdı.
Tramp daha əvvəl demişdi ki, 2020-ci il prezident seçkiləri zamanı ona qarşı sui-qəsd hazırlayanlardan biri Zukerberq olub. 2024-cü ilin avqustunda çap olunmuş “Amerikanı xilas etmək” adlı kitabında Tramp yazıb ki, koronavirus pandemiyası zamanı Zukerberq və həyat yoldaşı Prissilla Çan seçki komissiyalarına dəstək olmaq üçün iki qeyri-kommersiya təşkilatına 400 milyon dollardan çox ianə ediblər. Kitabda Tramp vəd etmişdi ki, Zukerberq yenə buna bənzər bir şey edərsə, “həyatının qalan hissəsini həbsxanada keçirəcək”.
Son seçkilər zamanı Zukerberq heç bir namizədi dəstəkləməyəcəyini, seçkiyə müdaxilə etmək fikrində olmadığını bildirib. Amma iyul ayında Pensilvaniyadakı mitinqdə Trampa sui-qəsd cəhdindən sonra Zukerberq onun atılan gülləyə reaksiyasını indiyə qədər gördüyü “ən cəsarətli hərəkətlərdən biri” adlandırıb.
Avqust ayında Tramp “Fox News” telekanalına demişdi ki, Zukerberq ona zəng edərək səhvlərinə görə üzr istəyib. Respublikaçılar Partiyasının namizədi olan Trampa görə, Zukerberq bununla faktiki olaraq bəyan etmiş olub ki, demokratları dəstəkləməyi planlaşdırmır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
apa
Rusiyanın Qərb raketlərilə vurulmasına yenidən “Oreşnik”lə cavab verə bilərik – Putin
BBC
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb