Siyasət

Azərbaycanın dövlət borcu 26 milyard manatdır

28 Noyabr, 2024
9

Qafqazinfo

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 21,6 %-i qədər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 % çoxdur.

Report bu haqda Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, borcun 9 milyard 8,5 milyon manatı və yaxud 5 milyard 299,1 milyon dolları xarici, 17 milyard 192,9 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7,4 %-i və 14,2 %-i qədərdir, 1 il əvvələ nisbətən müvafiq olaraq 18,9 % az və 2,8 dəfə çoxdur.

"Daxili dövlət borcunun kəskin artımı dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə bağlıdır", - deyə nazirlik bildirib.

Məlumatda deyilir ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Avropa Parlamentində Azərbaycandakı vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlər müzakirə ediləcək

28 Noyabr 2024

açıq mənbədən götürülüb

Avropa Parlamentinin İnsan hüquqları üzrə Alt Komitəsi dekabrın 5-də “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər”i müzakirə edəcək. Bu haqda Turan xəbər verir. Tədbirə hüquq müdafiəçisi Jalə Bayramovanın da qatılacağı, atası Qubad İbadoğlunun işi və Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı çıxış edəcəyi bildirilir. Avropa Parlamentinin prezidenti Roberta Metsola ötən həftə İbadoğluna məktub göndərərək onu dekabrda Saxarov mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət etmişdi. Amma haqqında bir ildən çoxdur cinayət işi açılan və hazırda ev dustaqlığında olan İbadoğlunun tədbirə qatılması mümkün görünmür.  Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi qətnamədə son bir ildə Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə...
Siyasət

Prokuror İlhamiz Quliyevə 7 il həbs cəzası istədi 

28 Noyabr 2024

açıq mənbədən götürülüb

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi davam edib.  Hakim məhkəmə istintaqının başa çatdığını elan edib və çıxış üçün sözü dövlət ittihamçısına verib.  Dövlət ittihamçısı İlhamiz Quliyevə qarşı irəli sürülmüş ittihamların məhkəmədə sübuta yetirildiyini bildirərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  Vəkil Zibeydə Sadıqova müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.  Növbəti məhkəmə iclası dekabrın 12-nə təyin edilib. İlhamiz Quliyev ötən il dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma,...

Seçilmiş Videolar

Toplum TV loqo