Dünya

Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qalantın həbsinə order verdi

21 Noyabr, 2024
13

Qafqazinfo

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Onlar Qəzza zolağında hərbi cinayətlər, o cümlədən insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunurlar (https://www.svoboda.org/a/mus-vypisal-order-na-arest-premjer-ministra-izrailya/33210714.html).

Məhkəmənin açıqlamasında deyilir ki, qurumun məhkəməyəqədərki palatası Netanyahu və Qalantın Qəzzadakı mülki əhalini qəsdən və bilərəkdən yaşayış üçün zəruri olan ərzaq, su, dərman, tibbi ləvazimatları, yanacaq və elektrik enerjisindən  məhrum etdiklərinə dair ağlabatan əsasların olduğunu müəyyən edib.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya Duması büdcəni təsdiqlədi: Putin və administrasiyasının xərcləri 25% artırılacaq

21 Noyabr 2024

Türküstan

Rusiya Dövlət Duması 2025-2027-ci illər üçün federal büdcəni təsdiqləyib. Müdafiə və təhlükəsizlik qüvvələrinə rekord məbləğdə xərc nəzərdə tutulub. Qanun layihəsinin mətnində qeyd olunub ki, 2025-ci ildə müdafiəyə 13,5 trilyon rubl (ÜDM-in 6,31%-ini) xərcləməyi planlaşdırılır. Bu xərc 2026-cı ildə 12,8 trilyon, 2027-ci ildə isə 13,1 trilyon olacaq (“Meduza”). “Bloomberg” agentliyi hələ sentyabr ayında yazmışdı ki, Rusiyanın gələnilki büdcəsinin güc strukturları blokunun xərcləri ümumi büdcə xərclərinin təxminən 40%-ni təşkil edəcək (https://t.me/meduzalive/113529). Bu, təhsilə, səhiyyəyə, sosial siyasətə və iqtisadiyyata ayrılan vəsaitin cəmindən çoxdur. Bundan başqa, 2025-ci ildə Putinə və onun administrasiyasının saxlanmasına ayrılan vəsait 25% (təxminən 31 milyard rub) artırılacaq.
Dünya

Avropa İttifaqı seçkidə saxtakarlıq iddiaları ilə bağlı Gürcüstana missiya göndərir

21 Noyabr 2024

ayna

Avropa Komissiyasının beynəlxalq məsələlər üzrə nümayəndəsi Piter Stano Azadlıq Radiosunun Gürcüstan bürosuna bildirib ki, Aİ-nin texniki missiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərini araşdırmaq üçün yaxın həftələrdə Gürcüstana gedəcək (https://www.radiotavisupleba.ge/a/33209665.html). "Artıq bu səfərə hazırlıq gedir. Yaxın günlərdə missiya haqqında daha ətraflı məlumat veriləcək" - Stano nəşrə göndərdiyi açıqlamada belə yazıb. Peter Stanonun sözlərinə görə, ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri hesabatı Aİ-yə üzv dövlətlərə təqdim edəcək. Hesabatda “seçki pozuntuları ilə bağlı şikayətlərin necə araşdırıldığı” qiymətləndirilmiş olacaq.  

Seçilmiş Videolar

Toplum TV loqo