Multimedia

Azərbaycan və Fransa arasındakı “soyuq müharibə” rəsmiləşir – GÜNÜN İCMALI

21 Noyabr, 2024
9

Toplum TV

“Meclis.info” saytının rəhbəri İmran Əliyev ictimaiyyətə ünvanladığı məktubda üç gündür aclıq etdiyini açıqlayıb.

****

Noyabrın 20-də Xətai Rayon Məhkəməsi hüquq müdafiəçisi Anar Məmmədlinin həbs müddətinin uzadılmasıyla bağlı istintaq orqanının tələbini təmin edib, onun ev dustaqlığına buraxılmasına dair müdafiə tərəfinin vəsatətini isə rədd edib.

****

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva noyabrın 19-da Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. **** ABŞ konqresmeni Frenk Pelloni COP29-a qatılmadan geri dönməsini Bakıda üzləşdiyi təzyiqlərlə əlaqələndirib; deyib ki, fiziki xəsarətdən yalnız Dövlət Departamentinin səyləri nəticəsində yayına bilib. hamını rədd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Multimedia

Rusiya Ukraynaya hərbi dəstək verən ölkələri nüvə silahıyla hədələyir – GÜNÜN İCMALI

20 Noyabr 2024

Toplum TV

Nizami rayon Məhkəməsi keçmiş diplomat Emin İbrahimov barəsində həbs qətimkan tədbirinin müddətini 2 ay uzadıb. **** “Human Rights Watch”, “Amnesty International” və digər hüquq- müdafiə strukturları noyabrın 19-da COP29 çərçivəsində "İqlim ədaləti mülki məkan və əhəmiyyətli iştirak olmadan mümkün deyil" mövzusunda debat keçiriblər. **** Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti Azərbaycan prezidenti İlham Əliyevi hüquq müdafiəçilərini, jurnalistləri və ictimai fəalları dərhal azad etməyə; onlara qarşı irəli sürülən ittihamları ləğv etməyə çağırıb **** Tanınmamış Abxaziya respublikasının prezidenti Aslan Bjaniya və baş nazir Aleksandr Ankvab müxalifətin təzyiqi ilə istefa veriblər.
Multimedia

COP29-a görə boşaldılan Azadlıq Meydanına girmək olurmu?

19 Noyabr 2024

Toplum TV

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bildirir ki, hakimiyyət Azadlıq meydanına təmir adı ilə dai qum töküb, mitinqlərin qarşısını almağa cəhd edib. Deyir, 2016-cı ildən bəri bağlanan meydan açılsa da, yenidən qapalı qala bilər. Təki mitinqlərin qarşısını almaq üçün bəhanə olsun. Milli Şuranın sədri Cəmil Həsənlinin fikrincə, Azadlıq Meydanında mitinq keçirtməyin tam vaxtıdır.

Seçilmiş Videolar

Toplum TV loqo