Siyasət

BMT baş katibi: COP29-da vəsait ayrılması ilə bağlı razılığa gəlinməyib 

21 Noyabr, 2024
16

açıq mənbədən götürülüb

COP29 iqlim konfransında iştirak edən ölkələr gələn il üçün iqlim dəyişikliyilə mübarizəyə vəsait ayrılması barədə razılığa gələ bilməyiblər. Bunu bu gün - noyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Bakıda keçirilən mətbuat konfransında açıqlayıb (Turan).  

"Mən danışıqların iştirakçısı deyiləm, amma Birləşmiş Millətlər Təşkilatının baş katibi kimi ölkələri razılığa gəlməyə və vaxt itirməməyə çağırıram. Dediyim kimi, vaxt gedir ", - A.Quterreş bildirib.

O, vəsaitin ayrılması barədə qərarın qəbuluna kimin və hansı səbəbdən  mane olması ilə bağlı jurnalistlərin suallarına cavab verməyib.

Söhbət iqlim dəyişikliyilə bağlı iştirakçı dövlətlərin 1 trilyon dollar ayırmasından gedir. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Annalena Berbek fəalların, jurnalistlərin azad edilməsini azərbaycanlı həmkarı ilə müzakirə edəcək

21 Noyabr 2024

açıq mənbədən götürülüb

Almaniya Azərbaycanda həbsdə olan hakimiyyət tənqidçilərinin azad edilməsinin tərəfdarıdır. Bu gün - noyabrın 21-də Bakıya gələn Almaniya xarici işlər naziri Annalena Berbek COP29 məkanında keçirdiyi mətbuat konfransında belə deyib (Turan). Nazir bu məsələni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla  görüşdə qaldıracağını da bildirib. A.Berbek  bu haqda danışarkən Drezden Universitetinin professoru, iqtisadçı Qubad İbadoğlunun adını da çəkib.  COP29 ərəfəsində və iqlim konfransının keçirildiyi günlərdə beynəlxalq qurumların rəhbərləri, dövlət və hökumət nümayəndələri dəfələrlə Azərbaycanı siyasi motivlərlə, əsassız yerə həbs edilmiş şəxsləri azad etməyə çağırsa da, rəsmi Bakı heç bir addım atmayıb.  Azərbaycan adətən bu tənqidlərə cavab olaraq deyir ki, ölkədə heç kim...
Siyasət

AİHM-in qərarına əsasən Azadlıq qəzetinin əməkdaşına təzminat ödənəcək

21 Noyabr 2024

Amerikanınsəsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 21-də Azərbaycanla bağlı növbəti qərarını elan edib. Bu haqda hüquqşünas Xalid Ağəliyev məlumat paylaşıb.  “Azadlıq qəzeti və Ramin Cəbrayılzadə Azərbaycana qarşı” işi ifadə azadlığı hüququnun pozuntusu iddiaları ilə bağlı olub. Ərizəçilər müxalif yönlü qəzet və onun əməkdaşıdır. Qəzet Bakıda iri ticarət mərkəzlərindən birinin rəhbərinin icarədarlarla müxtəlif qanunsuz biznes münasibətindən bəhs edən  iki məqalə dərc edib.  Ticarət mərkəzinin rəhbəri məqalələrdəki məlumatların yalan, böhtan olduğunu və nüfuzuna xələl gətirdiyini iddia edərək jurnalisti və qəzeti mülki qaydada məhkəməyə verib. Birinci instansiya məhkəməsinin qərarına görə, qəzet təkzib dərc etməli, 30.000 manat, jurnalistsə 2.000 manat təzminat ödəməli idi. Yuxarı...

Seçilmiş Videolar

Toplum TV loqo