Siyasət

Azərbaycanın səfiri Fransa XİN-ə dəvət olunub

20 Noyabr, 2024
27

Trend

XİN-in açıqlamasında deyilir: “Azərbaycanın düşmənçilik hərəkətlərinə son qoyulmalıdır"

Noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb (Turan).  

 Fransa XİN-in saytında yerləşdirilən açıqlamaya görə, səfir COP29 çərçivəsində Azərbaycan hakimiyyətinin Fransanın və avropalıların ünvanına qəbuledilməz iradlarından və bu iradlar nəticəsində nazir Anyes Pannye-Runaşenin BMT-nin konfransında iştirakını ləğv etmək məcburiyyətində qalmasından sonra dəvət olunub. 

“Azərbaycan düşmənçilik hərəkətlərinə son qoymalıdır",  XİN-in açıqlamasında deyilir. 

Nazirlik görüşün nəticəsi haqda açıqlama verməyib. 

Hələlik Azərbaycan tərəf də baş verənlərə münasibət bildirməyib.  

Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində Fransa və Niderlandı kolonial siyasətdə ittiham etmişdi. O demişdi ki, Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər: “Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliya hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir”.

Bundan çıxışdan sonra Fransanın naziri Anyes Pannye-Runaşenin BMT-nin iqlim konfransında iştirakdan imtina edib.  

Avropa İttifaqının xarici işləvə təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel isə Əliyevin çıxışından təəssüfləndiyini deyib və səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb. Onun fikrincə, bu qəbuledilməz bəyanatlar konfransın obyektivliyini və Azərbaycanın COP-a ev sahibliyini sual altına alır.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Türkiyə hərbi kəşfiyyatının rəhbəri Azərbaycanda görüşlər keçirir

3 Dekabr 2024

pravda.az

Dekabrın 3-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu haqda Müdafiə Nazirliyinin məlumatında deyilir.  Nazirlikdən bildirilir ki, nazir hərbi və digər sahələrdə uğurlu əməkdaşlıqdan, həmçinin, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bundan başqa, Türkiyə nümayəndə heyətinə ordu quruculuğu sahəsində islahatlar barədə məlumat verildiyi deyilir. İki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən Kadıoğlu isə birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələlərinin də...
Siyasət

Famil Xəlilov ev dustaqlığına buraxıldı

3 Dekabr 2024

açıq mənbədən götürülüb

İctimai  fəal və I qrup əlil Famil Xəlilov ev dustaqlığına buraxılıb.  Bu haqda bu gün - dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilib.  Report xəbər verir ki, dövlət ittihamçısı Rauf Malışov Famil Xəlilovun haqqındakı həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.  Hakim Azər Tağıyevin qərarına əsasən, Famil Xəlilovun sağlıq durumu, məhkəmədən yayınmacayağı nəzərə alınaraq barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Ötən həftə - noyabrın 28-də məhkəmə onun ev dustaqlığına buraxılması haqda müraciətini rədd etmişdi. Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova  bundan sonra onun quru aclığa başladığını, vəziyyətinin ağır olduğunu bildirmişdi. Hətta dünən dekabrın 2-də bütün...

Seçilmiş Videolar

Toplum TV loqo