Dünya

BMT-nin Xüsusi Komitəsi İsrailin Qəzzadakı siyasətini soyqırımla müqayisə edib

15 Noyabr, 2024
26

Açıq mənbədən götürülüb

BMT-nin Xüsusi Komitəsi İsrailin Qəzza zolağı ilə bağlı siyasətini və fəaliyyətini “soyqırımın xüsusiyyətlərinə uyğun” təcrübə adlandırıb. http://(https://www.theguardian.com/world/2024/nov/14/united-nations-special-committee-israel-gaza-genocide).
Şri-Lanka, Malayziya və Seneqalın nümayəndələrindən ibarət komitə 1967-ci ildəki Ərəb-İsrail müharibəsindən bir il sonra, İsrailin işğal etdiyi ərazilərdə Fələstin xalqının və digər ərəblərin hüquqlarına təsir edən fəaliyyətini araşdırmaq üçün yaradılıb. 
Komitənin builki hesabatında deyilir ki, İsrail İordan çayının qərb sahilində, o cümlədən Yerusəlimdə “aparteid sistemi” qurub və aclıqdan “silah kimi istifadə edir”.

Həmçinin qeyd olunur ki, “İsrailin hesabat dövründəki siyasəti və fəaliyyətində soyqırım xüsusiyyətləri var”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Yenə iğtişaşlar olsa, interneti kəsəcəm – Lukaşenko

22 Noyabr 2024

nytimes.com

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk Dövlət Linqvistik Universitetində humanitar universitetlərin tələbələri ilə görüşü zamanı deyib ki, ölkədə 2020-ci ildəki kimi iğtişaşlar baş versə, internet əlaqəsini tamamilə kəsəcək (DELTA). Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. Lukaşenkonun sözlərinə görə, 2020-ci ildə interneti onun icazəsilə söndürüblər.  O, tərəzinin bir gözündə ölkənin taleyinin  olduğunu vurğulayıb; deyib ki, o vaxt ölkəni qoruyub saxlamasaydı, müharibə ola bilərdi. “Hər şeyin hardan gəldiyini başa düşürdüm. İnternetdən, ilk növbədə Polşadan - marşrutlar, hara gedəcəyimiz, necə gedəcəyimiz... Mən nəticənin nə ola biləcəyini başa düşürdüm. Bizdə müharibə Ukraynadakından betər olardı” – Lukaşenko belə deyib.
Dünya

Rusiyanın hipersəs raketindən istifadə etməsi “dəhşətli eskalasiyadır” – Almaniya kansleri

22 Noyabr 2024

CNN.com

Almaniya kansleri Olaf Şolz deyib ki, Rusiyanın Ukraynaya qarşı eksperimental hipersəs raketindən istifadə etməsi “dəhşətli eskalasiya” nümunəsidir və nəyin bahasına olursa-olsun, eskalasiyadan yayınmaq lazımdır (AFP). O, həmçinin qeyd edib ki, Almaniya müttəfiqlərilə müzakirələr aparmalı və "bu müharibənin Rusiya və NATO arasında müharibəyə çevrilməsinin qarşısını alacaq işlər görməlidir".

Seçilmiş Videolar

Toplum TV loqo