Dünya

Kolumbiya Dairə Məhkəməsi Trampla bağlı cinayət işlərindən birinə xitam verdi

26 Noyabr, 2024
9

açıq mənbədən götürülüb

Kolumbiya Dairə Məhkəməsinin hakimi Tanya Çutkan xüsusi prokuror Cek Smitin seçilmiş prezident Donald Trampı 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdində günahlandıran cinayət işinə xitam vermək xahişini təmin edib.

Smit bildirib ki, bu iş vəzifədə olan ABŞ prezidentini mühakimə etməyi qadağan edən qanuna görə ləğv edilməlidir.

"Ədliyyə Departamentinin mövqeyi ondan ibarətdir ki, Konstitusiya cinayət işinin cavabdeh vəzifəyə başlamazdan əvvəl ləğv edilməsini tələb edir" deyən Smit qeyd edib ki, "mahiyyət üzrə prokurorluğun mövqeyi dəyişməyib, şərait dəyişib”.

Smit Trampla bağlı iki iş araşdırırdı – 2020-ci il seçkilərindəki məğlubiyyətini ləğv etmək cəhdini və məxfi sənədlərlə davranışda yol verdiyi qanun pozuntusunu. Smit ikinci işə də xitam verilməsini xahiş edib.

Trampın komandası bunu “qanunun aliliyinin böyük qələbəsi” adlandırıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

“Gürcü Arzusu” ölkənin yeni prezidentini seçəcək, Brüsseldə və Strasburqda aksiyalar keçirilir

26 Noyabr 2024

Tatia Meqvabişvili

Gürcü Arzusu Partiyası dekabrın 14-də parlamentdə ölkənin yeni prezidentini seçəcək. Spiker Şalva Papuaşvili bunu parlamentin bugünkü iclasında deyib. Papuaşvili bildirib ki, qanuna görə prezidentin andiçmə mərasimi dekabrın üçüncü bazar günü - ayın 29-da olacaq. Hazırkı prezident Salome Zurabişvili Gürcüstanın xalq tərəfindən seçilmiş sonuncu prezident olacaq. Oktyabrın 26-da keçirilmiş parlament seçkilərilə bağlı etirazlarsa davam edir.   Brüsseldə və Strasburqda yaşayan Gürcüstan vətəndaşları aksiya keçirirlər. "წინაპრები" qrupunun təsisçisi  Tatia Mekvabişvili “TV Pirveli”-yə bildirib ki, üç gürcüstanlı mühacir seçkilərdə iştirak hüquqlarının pozulmasına etiraz olaraq Avropa Parlamentinin qarşısında aclıq aksiyasına başlayıb (https://www.facebook.com/groups/363180142945805/?hoisted_section_header_type=recently_seen78088888888888888888888888888888888888888828125335). O deyib ki, İvanişvilinin komandası səsləri ələ keçirsə də, mühacirlər etiraza davam...
Dünya

Rusiya “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır

26 Noyabr 2024

Lent.ru

Rusiya Dövlət Dumasına “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağa imkan verən qanun layihəsi təqdim edilib (BBC). Layihədə qeyd olunur ki, hər hansı təşkilat qadağan olunmuş qurumlar siyahısına daxil edildikdən sonra “terrorizmin təşviqinə, haqq qazandırılmasına və dəstəklənməsinə yönəlmiş fəaliyyətini dayandırarsa”, baş prokurorun və ya müavininin təqdimatına əsasən onunla bağlı qadağa məhkəmənin qərarı ilə müvəqqəti olaraq dayandırıla bilər.  Rusiyanın “Taliban”ı terrorist təşkilat kimi tanımasına və öz ərazisində fəaliyyətinə qadağa qoymasına baxmayaraq son illərdə  Rusiya hakimiyyəti bu təşkilatla intensiv əlaqə saxlayıb, qurumun  nümayəndələrini Moskvada qəbul edib.      

Seçilmiş Videolar

Toplum TV loqo