Gözətçi
Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin şikayətinə baxılıb. Onun şikayəti ilkin həbs müddətinin uzadılması ilə bağlı idi.
A.Məmmədli bu qərarın əsassız olduğunu bildirib və cinayət təqibini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirib.
Apellyasiya məhkəməsi Xətai Rayon Məhkəməsinin onun həbs müddətinin uzadılması ilə bağlı qərarını qüvvədə saxlayıb.
Vəkili Cavad Cavadlı bildirib ki, Anar Məmmədlinin səhhətində problemlər olduğundan daimi müayinə ilə təmin edilməlidir.
“Anar Məmmədli adekvat tibbi yardım almır. Bununla bağlı bizim məhkəməyə müraciətimiz olmuşdu ki, o mülki klinikada müayinə olunsun, Lakin bu da təmin olunmadı, halbu ki, bu elementar bir müraciət idi. Və hal-hazırda bununla bağlı Avropa İnsan Haqları məhkəməsinə məhkəmə qaydalarının 39-cu maddəsinə uyğun olaraq müraciət hazırlanır”.
Vəkilin sözlərinə görə, Anar Məmmədli də məhkəmədə bildirib ki, səhhətində ciddi geriləmə hiss edir və aparılan müayinə onu qane etmir.
Bu il aprelin 29-da saxlanılan Anar Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.
Beynəlxalq qurumlar onu siyasi məhbus kimi tanıyır.
Azərbaycan hakimiyyətinin nümayəndələri isə ölkədə siyasi məhbus olmadığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Gözətçi
Keçmiş diplomat həbsinin səbəbindən danışıb: “Bunu dilə gətirənləri cəzalandırırlar”
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb