Siyasət

NATO-nun nümayəndə heyəti Bakıya gəlib

 

26 Noyabr, 2024
7

Ayna.az

NATO Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. 

Görüşdə “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı vəziyyətin müzakirə olunduğu bildirilir.

Qeyd olunur ki, tərəflər Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş müxtəlif qoşun növləri bölmələrinin hazırlığı məsələsinə də toxunublar.

Həmçinin görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldığı deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Anar Məmmədli səhhətində geriləmə hiss etdiyini deyir

26 Noyabr 2024

Gözətçi

Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin şikayətinə baxılıb. Onun şikayəti ilkin həbs müddətinin uzadılması ilə bağlı idi. A.Məmmədli bu qərarın əsassız olduğunu bildirib və cinayət təqibini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirib. Apellyasiya məhkəməsi Xətai Rayon Məhkəməsinin onun həbs müddətinin uzadılması ilə bağlı qərarını qüvvədə saxlayıb. Vəkili Cavad Cavadlı bildirib ki, Anar Məmmədlinin səhhətində problemlər olduğundan daimi müayinə ilə təmin edilməlidir. “Anar Məmmədli adekvat tibbi yardım almır. Bununla bağlı bizim məhkəməyə müraciətimiz olmuşdu ki, o mülki klinikada müayinə olunsun, Lakin bu da təmin olunmadı, halbu ki, bu elementar bir müraciət idi. Və hal-hazırda...
Siyasət

İşçi Masası üzvünün məhkəməsi yenə təxirə salındı

26 Noyabr 2024

Gözətçi

İşçi Masası Həmkarlar İttifaqı Konfedarasiyasının təsisçilərindən olan Afiəddin Məmmədovun məhkəməsi növbəti dəfə təxirə salınıb.  Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində şahid yenə də məhkəməyə gətirilməyib. Ötən prosesdə şahid Elvina Məmmədova barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılmışdı.  Vəkil Zibeydə Sadıqova deyir ki, məhkəmə prosesinin uzanması Afiəddin Məmmədovun hüquqlarının pozulmasıdır. Vəkilin sözlərinə görə hər dəfə hansısa şahidin gəlməməsi həbsdə qalma müddətini uzadır.  “Ayda 1 dəfə məhkəmə olur. Təcridxanada azadlıq hüququ pozulur”, vəkil qeyd edir.  Afiəddin Məmmədov ötən ilin sentyabrında saxlanılıb. O cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq maddələri ilə ittiham olunur. Özü ittihamı qəbul etmir. Həbsinin ölkədəki işçi hüquqlarının müdafiəsi...

Seçilmiş Videolar

Toplum TV loqo