Məhkəmə

Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”  

26 Noyabr, 2024
31

medicina.az

İki aydır Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin yanvarında körpələrin ölümüylə nəticələnmiş yanğınla bağlı məhkəmə başlasa da, hər dəfə məhkəmə iclasları təxirə salınır. Noyabrın 25-nə təyin olunmuş məhkəmə prosesi yenə dekabrın 16-dək təxirə düşüb. 

İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır. 

Məhkəmə qarşısında Mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli dayanıb. İbtidai istintaq zamanı hər üçü barəsində polis nəzarətinə verilməklə bağlı qətimkan tədbiri seçilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi də bu qərarı dəyişməyib.  

Bu iş üzrə ibtidai istintaqdakı diqqət çəkən ifadələrdən biri Mərkəzin hazırkı direktor əvəzi Dilarə Şirinovanındır. O, məlum hadisəyədək Mehriban Abasquliyevanın müalicə işləri üzrə müavini olub. Hadisədən 11 gün sonra TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mərkəzə direktor əvəzi təyin edilib.

 

“32 elektrik yuvasına fasiləsiz çalışan 42 avadanlıq qoşulmuşdu” 

O, istintaqa verdiyi ifadəsində göstərib ki, Mərkəzdəki yanğın Mehriban Abasquliyevanın yarıtmaz idarəetməsi və məsuliyyətsizliyi üzündən baş verib.

“Yenidoğulmuşların intensiv terapiya bölməsindəki yanğın baş verən otağın divar panellərində cəmi 32 ədəd elektrik yuvası var idi. Ancaq həmin gün elektrik yuvalarına fasiləsiz çalışan 42 ədəd elektrik cərəyanı ilə qidalanan tibbi avadanlıq və cihazlar qoşulmuşdu. Bölmədə 20 çarpayı yeri nəzərdə tutulduğu halda direktor ora 61 ədəd küvəz yerləşdirmişdi. Mərkəz yanğın tüstülənməsi ilə avtomatik işə düşən yanğın xəbərverici və yanğınsöndürmə sistemiylə təhciz olunsa da, həmin sistem işlək vəziyyətdə deyildi. Sistemin işə düşməməsi səbəbindən yanğının miqyası və fəsadları ağır nəticələrə səbəb oldu. Mərkəzin yanğınxəbərverici və elektrik sistemlərinin vəziyyəti, yoxlanılması, yanğın təhlükəsizliyi ilə bağlı məsələlər mənim vəzifəmə aid olmadığından müdaxilə edə bilməzdim. Bu işlərə nəzarət birbaşa Mehriban Abasquliyevanın və təsərrüfata cavabdeh vəzifəli şəxslərin səlahiyyətinə aid idi”, - hazırkı direktor əvəzi ifadəsində vurğulayıb. 

 

“Narazılıq edən tibb bacılarına işdən çıxmağı təklif edirdi” 

O, istintaqa bildirib ki, keçmiş direktor Yenidğulmuşların intensiv terapiya bölməsində qanunsuz olaraq xəstələrin sayını kəskin şəkildə artırıb:  “Mehriban xanım direktor təyin olunandan sonra həmin bölmədə daha iki otaq ayırdı, ağır və orta ağır dərəcəli xəstələrin sayını iki dəfədən çox artırdı. Bölmədə iş yükü artsa da, əlavə işçi vakansiyası açılmadı. Təşkilati işlər görülməmiş xəstələrin sayının iki dəfədən çox artırılması Mərkəzin normal fəaliyyətinə mənfi təsir göstərməyə başladı. Mehriban Abasquliyeva tədbirləri artırmaq əvəzinə  narazılığını dilə gətirən tibb işçilərinə könüllü ərizə yazıb işdən çıxmağı təklif edirdi”. 

Dilarə Şirinova ifadəsində daha sonra göstərib ki, Mərkəzdə xəstə qəbuluna nəzarət səlahiyyəti birbaşa Mehriban Abasquliyevaya aid olub, o, direktoru yalnız çatışmazlıqlar barədə məlumatlandırırmış: “Xəstə yerləri, boş küvəz və avadanlığın olmamasına dair Mehriban Abasquliyevanı xəbərdar etməyimə baxmayaraq, onun göstərişi ilə əlavə xəstə qəbulu davam etdirilirdi. Mərkəzdə 30 xəstəlik tutumu olan patologiya şöbəsi var. Ancaq Mehriban Abasquliyevanın göstərişi ilə bu şöbəyə xeyli sayda əlavə xəstə qəbul edilirdi. Xüsusi risk qrupuna aid xəstələrin körpələrinin yenidoğulmuşların intensiv terapiya bölməsində yerləşdirilməsi vacib olsa da, yer olmadığına görə patologiya şöbəsinə, patologiya şöbəsindəkilər isə doğuş şöbəsinə yerləşdirilirdi”. 

 

 “TƏBİB əlavə işçi ştatı açmırdı” 

Mehriban Abasquliyeva isə özünü təqsirli bilmir və baş verənlərdə TƏBİB-i günahlandırır. O, ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, yanğına səbəb TƏBİB-in “maliyyə vəsaitimiz yoxdur” deyib, biganəlik göstərməsi və eləcə də bir neçə xəstəxana işçisinin məsuliyyətsizliyi olub. Mərkəzə hadisədən cəmi 11 ay əvvəl direktor təyin olunduğunu bildirən M.Abazsquliyeva ifadəsində işçi azlığı ilə bağlı TƏBİB-ə müraciət etdiyini, beş tibb bacısı və iki sanitar qadın ştat vahidinin açılması üçün 2023-cü ilin yanvar, mart və aprel aylarında yazılı müraciətlər göndərdiyini bildirir. Onun sözlərinə görə, TƏBİB maliyyə vəsaiti çatışmazlığını səbəb gətirərək Mərkəzdə ştat açmaqdan imtina edib. 

 

“FHN icazə vermirdi”

Yanğına gəlincə, keçmiş direktor ifadəsində göstərib ki, hadisədən bir neçə ay əvvəl Yenidoğulmuşların intensiv terapiya bölməsinin həmin otağı təmir olunub, ancaq Mərkəzin inzibati binasının yanğın təhlükəsizlik sistemi zəruri tələblərə cavab vermədiyindən Fövqaladə Hallar Nazirliyi tərəfindən binada fəaliyyətin davam etdirilməsinə icazə verilməyib. Bu barədə TƏBİB də məlumatlandırılıb, amma qurum yenə də maliyyə çatışmazlığını səbəb gətirib və bu işləri həll etməyi gələcəyə saxlayıb, M.Abasquliyeva ifadəsində qeyd edir.  

“2023-cü ilin büdcəsi məndən əvvəlki direktorun vaxtında təsdiqlənmişdi deyə, mənim həmin il üçün əlavə maliyyə tələb edən hər hansı təklif vermək imkanım yox idi. Qısa müddətlik direktorluğum dövründə kifayət qədər müstəqil büdcə vəsaiti olmayan Mərkəzin yanğın təhlükəsizlik sisitemini təmir etdirmək üçün pul yox idi”, - keçmiş direktor ibtidai istintaqa verdiyi ifadəsində vurğulayıb. 

Respublika Perinatal Mərkəzdəki yanğın hadisəsi bu il yanvarın 9-da baş verib. Nəticədə Yenidoğulmuşların intensiv terapiya şöbəsində küvəzdəki yenidoğulmuşlar ölüb. 

Mehriban Abasquliyeva Mərkəzdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməkdə, yenidoğulmuşların intensiv terapiya bölməsindəki (yanğın baş verən bölmə) tibbi avadanlıqların düzgün istismar olunmamasında, palatada normadan artıq tibbi avadanlıqların istifadəsində, elektrik qidalandırıcılarda yaranmış nasazlığın vaxtında aradan qaldırılmamasında təqsirləndirilir. İttihama görə, keçmiş direktor 20 nəfərlik xəstə üçün nəzərdə tutulan Yenidoğulmuşların intensiv terapiya bölməsinə əlavə stasionar xəstələrin qəbul edilməsinə göstəriş verib. Direktor işlədiyi dövrdə stasionar xəstə qəbulu sayını iki dəfəyədək artırıb. 

İstintaq orqanı tərəfindən Mehriban Abasquliyevaya qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayevə və Elnur Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə cinayət işi başlanıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

9 milyon manatlıq mənimsəmə iddiası, 12 illik həbs – TÜRKİYƏLİ İŞ ADAMINA HÖKM OXUNUB 

25 Noyabr 2024

bizim.media

Bakı Ağır Cinayətlər Məhkəməsində bir ildən çoxdur məhkəməsi keçirilən türkiyəli iş adamı Mehmet Şahana hökm oxunub. O, THALES İnternational Western Counties B.V şirkətinin büdcəsindən 9 milyon manat civarında pul vəsaitini talamaqda təqsirləndirilirdi.  Mehmet Şahan THALES Şirkətlər Qrupunun Azərbaycan üzrə direktoru olub. Bu ilin fevralında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı maddələri ilə ittihamlar irəli sürülüb.  Məhkəmənin gəldiyi qənaətə görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyəti üçün ayrılmış 9 milyon manata yaxın pulu nümayəndəliyin bank hesabından həm nağd, həm də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə edib....
Məhkəmə

Psixiatriya xəstəxanasında saxlanılan bələdiyyə sədrinin müavini: “Bunları yaşamaq çox ağır idi…” 

25 Noyabr 2024

Meydan TV

Qazax rayon Ağköynək-Qarapapaq kənd Bələdiyyəsinin sədr müavini Arzuman Xasməmmədli iki həftə Qazaxdakı Rayonlararası Psixiatriya Xəstəxanasında saxlandıqdan sonra evinə buraxılıb. Bələdiyyə sədrinin müasvini Meydan TV-yə müsahibəsində psixiatriya xəstəxanasında ona ağır dərmanlar vermək istədiklərini, amma qəbul etmədiyini bildirib: “Dedim, bu yaşımda, mənə lazım olmayan dərmanları niyə içməliyəm? Bu, mənə təhqirdir. Bunları yaşamaq çox ağır idi. Deyirdim ki, ay ana, ay bacı, əgər dəliyəmsə, göndərin məni Maştağaya, gedim komissiyadan keçim, niyə eləmirsiniz?” 65 yaşlı A.Xasməmmədli konkret sifariş əsasında psixiatriya xəstəxanasına yerləşdirildiyini bildirir. Onun sözlərinə görə, bu hadisədən əvvəl bələdiyyə sədri Nəzakət Mansurova psixiatriya xəstəxanasına onunla bağlı müraciət edərək, şəxsi məlumatlarını istəyib. Baş həkim...

Seçilmiş Videolar

Toplum TV loqo