Kolumbiya Dairə Məhkəməsi Trampla bağlı cinayət işlərindən birinə xitam verdi
açıq mənbədən götürülüb
Kolumbiya Dairə Məhkəməsinin hakimi Tanya Çutkan xüsusi prokuror Cek Smitin seçilmiş prezident Donald Trampı 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdində günahlandıran cinayət işinə xitam vermək xahişini təmin edib.
Smit bildirib ki, bu iş vəzifədə olan ABŞ prezidentini mühakimə etməyi qadağan edən qanuna görə ləğv edilməlidir.
"Ədliyyə Departamentinin mövqeyi ondan ibarətdir ki, Konstitusiya cinayət işinin cavabdeh vəzifəyə başlamazdan əvvəl ləğv edilməsini tələb edir" deyən Smit qeyd edib ki, "mahiyyət üzrə prokurorluğun mövqeyi dəyişməyib, şərait dəyişib”.
Smit Trampla bağlı iki iş araşdırırdı – 2020-ci il seçkilərindəki məğlubiyyətini ləğv etmək cəhdini və məxfi sənədlərlə davranışda yol verdiyi qanun pozuntusunu. Smit ikinci işə də xitam verilməsini xahiş edib.
Trampın komandası bunu “qanunun aliliyinin böyük qələbəsi” adlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Gürcü Arzusu” ölkənin yeni prezidentini seçəcək, Brüsseldə və Strasburqda aksiyalar keçirilir
Tatia Meqvabişvili
Lent.ru
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb