Dünya

Palmirada onlarla insan həlak olub- Suriya hökuməti

21 Noyabr, 2024
6

ordu.az

Suriyanın SANA dövlət agentliyinin xəbərinə görə, İsrail ordusunun Palmira şəhərinə hücumu nəticəsində 36 nəfər həlak olub, 50-dən çox insan yaralanıb. Suriya tərəfi İsrailin yaşayış binalarını və sənaye zonasını vurduğunu bildirir. “Reuters” yazır ki, İsrail ordusu şərh verməkdən imtina edib. SAHAL keçən həftə Suriya-Livan sərhədində “Hizbullah”a silah ötürmək üçün istifadə edilən tranzit yollara zərbələr endirdiyini təsdiqləyib. Qədim Palmira şəhəri YUNESKO-nun Ümumdünya irsi obyektlərindən biridir. 2015-ci ildə İŞİD tərəfindən ələ keçirilib. İŞİD-çilər şəhərdəki məşhur antik tağı partladıblar, digər obyektlər də zədələnib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya Duması büdcəni təsdiqlədi: Putin və administrasiyasının xərcləri 25% artırılacaq

21 Noyabr 2024

Türküstan

Rusiya Dövlət Duması 2025-2027-ci illər üçün federal büdcəni təsdiqləyib. Müdafiə və təhlükəsizlik qüvvələrinə rekord məbləğdə xərc nəzərdə tutulub. Qanun layihəsinin mətnində qeyd olunub ki, 2025-ci ildə müdafiəyə 13,5 trilyon rubl (ÜDM-in 6,31%-ini) xərcləməyi planlaşdırılır. Bu xərc 2026-cı ildə 12,8 trilyon, 2027-ci ildə isə 13,1 trilyon olacaq (“Meduza”). “Bloomberg” agentliyi hələ sentyabr ayında yazmışdı ki, Rusiyanın gələnilki büdcəsinin güc strukturları blokunun xərcləri ümumi büdcə xərclərinin təxminən 40%-ni təşkil edəcək (https://t.me/meduzalive/113529). Bu, təhsilə, səhiyyəyə, sosial siyasətə və iqtisadiyyata ayrılan vəsaitin cəmindən çoxdur. Bundan başqa, 2025-ci ildə Putinə və onun administrasiyasının saxlanmasına ayrılan vəsait 25% (təxminən 31 milyard rub) artırılacaq.
Dünya

Avropa İttifaqı seçkidə saxtakarlıq iddiaları ilə bağlı Gürcüstana missiya göndərir

21 Noyabr 2024

ayna

Avropa Komissiyasının beynəlxalq məsələlər üzrə nümayəndəsi Piter Stano Azadlıq Radiosunun Gürcüstan bürosuna bildirib ki, Aİ-nin texniki missiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərini araşdırmaq üçün yaxın həftələrdə Gürcüstana gedəcək (https://www.radiotavisupleba.ge/a/33209665.html). "Artıq bu səfərə hazırlıq gedir. Yaxın günlərdə missiya haqqında daha ətraflı məlumat veriləcək" - Stano nəşrə göndərdiyi açıqlamada belə yazıb. Peter Stanonun sözlərinə görə, ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri hesabatı Aİ-yə üzv dövlətlərə təqdim edəcək. Hesabatda “seçki pozuntuları ilə bağlı şikayətlərin necə araşdırıldığı” qiymətləndirilmiş olacaq.  

Seçilmiş Videolar

Toplum TV loqo