Siyasət

Metyu Miller: “Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki…”

21 Noyabr, 2024
34

Amerikanınsəsi

Vaşinqton siyasi məhbusların azad edilməsi üçün Azərbaycana təzyiqləri davam etdirəcək. 

Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə belə deyib.

Turan xəbər agentliyinin Vaşinqton müxbiri ondan “COP29 Azərbaycanda siyasi məhbusların azad edilməsi üçün "itirilmiş fürsət" oldumu?” deyə soruşub. MetyuMiller belə cavab verib: 

"Bizim insan hüquqlarını müdafiə etməmiz heç bir konfransla bağlı deyil. Bu gündəlik baş verən bir şeydir; COP29-dan əvvəl başlayıb və ondan sonra da davam edəcək".

Azadlıq Radiosu ilə əməkdaşlıq edən və beş aydır həbsdə olan Fərid Merhalizadə haqqənda isə Dövlət Departementinin nümayəndəsi bunları deyib:

"Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki, onlar jurnalistlərin öz işlərilə məşğul olmaq hüquqlarına hörmət etməlidirlər".

“Abzas Media işi”nə görə həbs edilən Fərid Mehralızadə əvvəlcə qaçaqmalçılıqda ittiham edilsə də, sonradan ona qarşı ittiham ağırlaşdırılıb, qanunsuz sahibkarlıq, pulların yuyulması, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında suçlanır. Ö, ittihamları qəbul etmir, peşə fəaliyyətinə görə həbsdə olduğunu bildirir. 

Azərbaycan rəsmiləri dəfələrlə ölkədə siyasi məhbus olmadığını, təməl hüquq və azadlıqların təmin edildiyini bildirib. COP29 öncəsi və ya beynəlxalq tədbirin keçirildiyi günlərdə beynəlxalq qurumların siyasi məhbusların azad edilməsi çağrışlarını isə cavabsız buraxıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

BMT baş katibi: COP29-da vəsait ayrılması ilə bağlı razılığa gəlinməyib 

21 Noyabr 2024

açıq mənbədən götürülüb

COP29 iqlim konfransında iştirak edən ölkələr gələn il üçün iqlim dəyişikliyilə mübarizəyə vəsait ayrılması barədə razılığa gələ bilməyiblər. Bunu bu gün - noyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Bakıda keçirilən mətbuat konfransında açıqlayıb (Turan).   "Mən danışıqların iştirakçısı deyiləm, amma Birləşmiş Millətlər Təşkilatının baş katibi kimi ölkələri razılığa gəlməyə və vaxt itirməməyə çağırıram. Dediyim kimi, vaxt gedir ", - A.Quterreş bildirib. O, vəsaitin ayrılması barədə qərarın qəbuluna kimin və hansı səbəbdən  mane olması ilə bağlı jurnalistlərin suallarına cavab verməyib. Söhbət iqlim dəyişikliyilə bağlı iştirakçı dövlətlərin 1 trilyon dollar ayırmasından gedir.   
Siyasət

Ananlena Berbek fəalların, jurnalistlərin azad edilməsini azərbaycanlı həmkarı ilə müzakirə edəcək

21 Noyabr 2024

açıq mənbədən götürülüb

Almaniya Azərbaycanda həbsdə olan hakimiyyət tənqidçilərinin azad edilməsinin tərəfdarıdır. Bu gün - noyabrın 21-də Bakıya gələn Almaniya xarici işlər naziri Annalena Berbek COP29 məkanında keçirdiyi mətbuat konfransında belə deyib (Turan). Nazir bu məsələni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla  görüşdə qaldıracağını da bildirib. A.Berbek  bu haqda danışarkən Drezden Universitetinin professoru, iqtisadçı Qubad İbadoğlunun adını da çəkib.  COP29 ərəfəsində və iqlim konfransının keçirildiyi günlərdə beynəlxalq qurumların rəhbərləri, dövlət və hökumət nümayəndələri dəfələrlə Azərbaycanı siyasi motivlərlə, əsassız yerə həbs edilmiş şəxsləri azad etməyə çağırsa da, rəsmi Bakı heç bir addım atmayıb.  Azərbaycan adətən bu tənqidlərə cavab olaraq deyir ki, ölkədə heç kim...

Seçilmiş Videolar

Toplum TV loqo