Dünya

Rusiya Ukraynaya qitələrarası ballistik raket atdı

21 Noyabr, 2024
9

apa

Noyabrın 21-nə keçən gecə Rusiya Ukraynanı vurmaq üçün ilk dəfə qitələrarası ballistik raketdən istifadə edib.

Bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qitələrarası ballistik raketlər Rusiya ordusunun arsenalındakı ən güclü silahlardandır. Bu sinfə aid raketlər, adətən, nüvə başlıqları ilə təchiz edilir və strateji nüvə silahlarına aiddir. Amma onlara adi döyüş başlıqları da yerləşdirilə bilir.

 “Ukrayinska Pravda” nəşri məlumatlı mənbələrə istinadən yazır ki, dünənki hücumda RS-26 “Rubej” raket sistemindən istifadə edilib.

Zərbə nəticəsində Dnepr şəhərinin sənaye müəssisəsinə zərər dəyib, iki yerdə yanğın baş verib. Şəhər meri Boris Filatov bildirib ki, əlillər üçün reabilitasiya mərkəzinin binasına da ziyan dəyib - qazanxana dağıdılıb, pəncərələr sındırılıb.

Ukrayna teleqram-kanalları hücumun ehtimal olunan nəticələrini - partlayışları və yanğınları əks etdirən videolar paylaşıblar (https://t.me/novynydonbas/27147).

Rusiya xəbəri şərh etməyib.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qalantın həbsinə order verdi

21 Noyabr 2024

Qafqazinfo

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Onlar Qəzza zolağında hərbi cinayətlər, o cümlədən insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunurlar (https://www.svoboda.org/a/mus-vypisal-order-na-arest-premjer-ministra-izrailya/33210714.html). Məhkəmənin açıqlamasında deyilir ki, qurumun məhkəməyəqədərki palatası Netanyahu və Qalantın Qəzzadakı mülki əhalini qəsdən və bilərəkdən yaşayış üçün zəruri olan ərzaq, su, dərman, tibbi ləvazimatları, yanacaq və elektrik enerjisindən  məhrum etdiklərinə dair ağlabatan əsasların olduğunu müəyyən edib.    
Dünya

Rusiya Duması büdcəni təsdiqlədi: Putin və administrasiyasının xərcləri 25% artırılacaq

21 Noyabr 2024

Türküstan

Rusiya Dövlət Duması 2025-2027-ci illər üçün federal büdcəni təsdiqləyib. Müdafiə və təhlükəsizlik qüvvələrinə rekord məbləğdə xərc nəzərdə tutulub. Qanun layihəsinin mətnində qeyd olunub ki, 2025-ci ildə müdafiəyə 13,5 trilyon rubl (ÜDM-in 6,31%-ini) xərcləməyi planlaşdırılır. Bu xərc 2026-cı ildə 12,8 trilyon, 2027-ci ildə isə 13,1 trilyon olacaq (“Meduza”). “Bloomberg” agentliyi hələ sentyabr ayında yazmışdı ki, Rusiyanın gələnilki büdcəsinin güc strukturları blokunun xərcləri ümumi büdcə xərclərinin təxminən 40%-ni təşkil edəcək (https://t.me/meduzalive/113529). Bu, təhsilə, səhiyyəyə, sosial siyasətə və iqtisadiyyata ayrılan vəsaitin cəmindən çoxdur. Bundan başqa, 2025-ci ildə Putinə və onun administrasiyasının saxlanmasına ayrılan vəsait 25% (təxminən 31 milyard rub) artırılacaq.

Seçilmiş Videolar

Toplum TV loqo