Amerikanınsəsi
Gəncə İstintaq təcrisdxanasında saxlanılan AXCP üzvü Sahib Məmmədzadənin soyundurularaq betonun üstündə, eləcə də bir saatdan çox açıq havada ayaqyalın saxlanıldığı iddia olunur.
Bu haqda jurnalist Qənimət Zahid Facebook hesabında yazıb:
“Verilən məlumata görə Sahib Məmmədzadənin sağlamlığı artıq pozulub. Onun ailəsi ilə normal əlaqə saxlamasına imkan da verilmir. Təcridxanadakı mənbə bildirib ki, bu hərəkətin səbəbini soruşan əməkdaşlardan birinə rəis ona göstərişin baş idarədən gəldiyini deyib”.
AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə martın 18-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə cinayət işi qaldırılıb.
Özü bu ittihamları qəbul etmir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
S.Məmmədzadə haqda deyilənlərə hələlik Penitensiar Xidmət münasibət bildirməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Amerikanınsəsi
Qafqazinfo
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?