sosial media
Ukraynanın müdafiə naziri Rustem Umerova qarşı cinayət işi açılıb. Bu, Müdafiə Satınalmaları Agentliyinin (AOZ) rəhbərinin müqaviləsinin uzadılması əmrinə Umerovun əməl etməməsilə bağlıdır.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) yanvarın 28-də “AzadlıqRadiosu”na bildirib ki, müdafiə naziri Umerovun öz səlahiyyətlərindən və ya rəsmi mövqeyindən sui-istifadə etməsi ehtimalı üzrə istintaq başladıb. Qeyd olunub ki, Umerov AOZ-un rəhbəri Marina Bezrukovanın müqaviləsini yeniləməkdən imtina edib və agentliyin Müşahidə Şurasının iki üzvünü vəzifədən çıxarıb.
NABU qeyd edib ki, Umerovla bağlı istintaq qeyri-hökumət təşkilatı olan Antikorrupsiya Fəaliyyəti Mərkəzi (AntAC) tərəfindən verilmiş şikayət əsasında başladılıb. Qurumun açıqlamasına gör, səlahiyyətlərdən və ya rəsmi mövqedən sui-istifadə ittihamı təsdiqlənərsə, bu, 3 ildən 6 ilədək azadlıqdan məhrumetməylə, eləcə də cərimələr və digər sanksiyalarla nəticələnə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
The Economic Times
Business Standard
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?