Məhkəmə

Prokuror Hüseyn Abdullayevə 10 il cəza istəyib

30 Yanvar, 2025
181

Toplum TV

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəməsi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə video formatda keçirilən məhkəmə prosesində hakim məhkəmə istintaqının yeniləndiyini elan edib. O bildirib ki, H.Abdullayev Prezidentə işinə ədalətli baxılması üçün müraciət ünvanlayıb. 

Müraciətin bir nüsxəsinin məhkəməyə daxil olduğunu bildirən hakim onu elan edib. 

"Əminəm ki, mənim bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə həyatımın ən ağrılı-acılı illəri olub. Sonradan Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməyim və altı il dörd divar arasında yaşamağım həyatımın ən ağır dönəmlərindən biri olub. Ötən müddət ərzində anam düşdüyüm bu duruma görə ağır xəstəliklərə düçar oldu. Özümün sağlamlığım demək olar ki, tam əldən gedib. Mən həyatımı şüurlu şəkildə Ulu Öndər Heydər Əliyevə xidmətə həsr etmişəm. Ondan sonrakı dönəmlərdə də mən fəaliyyətinizə kölgə salan şəxslərə qarşı mübarizə aparmaqla hesab edirdim ki, sizə xidmət etmiş oluram. Lakin bəzi insanların fitnəkarlığı nəticəsində mənim düşmən obrazım yaradıldı və bu acı tale ilə yaşamağa məcbur oldum. Sizə müraciətimdə məqsədim səhhətimdə yaranmış qarşısıalınmaz problemləri və yaşlı anamın düşdüyü durumdan xilas edilməsini sizə çatdırmaqdır. Mənim sağlamlığımı, bu günə qədər çəkdiyim əzabları, həbsxana divarlarında çəkdiyim illəri nəzərə alaraq anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm"- Hüseyn Abdullayevin müraciətində deyilir.

Daha sonra ona ifadə vermək təklif olunub. Abdullayev ittihamları qəbul etmədiyini bildirib:

"Hamısı yalandır, saxtadır, iftiradır. Mənim günahım yoxdur. Qanunsuz iş görməmişəm. Başqa nə deyim axı? Dövlətimizə də hər zaman sadiq olmuşam. Əlavə heç nə demək istəmirəm"

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Dövlət ittihamçısı Hüseyn Abdullayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə prosesi fevralın 13-də davam edəcək.

2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən H.Abdullayev dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib.

2024-cü ildə - bu cəzanın başa çatmasına təxminən bir ay qalmış onun haqqında yenidən cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsiylə ittiham verilib.

O, özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Fərid Mehralızadə oğurlandıqdan sonra hara aparılıb bilinmir” - həyat yoldaşı

28 Yanvar 2025

Açıq mənbədən götürülüb

Səbail Rayon Məhkəməsi "Azadlıq" Radiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadənin saxlanılarkən pis rəftara məruz qalması ilə bağlı şikayəti təmin etməyib. F.Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarova şikayətin düzgün araşdırılmadığını bildirir. O, jurnalistin saxlanılarkən fiziki zorakılığa məruz qaldığını, küçədə başına torba keçirilərək oğurlandığını, qollarının qandallandığını, eyni zamanda, zorla avtomobilininin açarlarının və telefonunun alındığını deyir.  “Yolda onu döyüblər”, həyat yoldaşı  söyləyir. N. Muxtarova iki dəfə prokurorluğa şikayətlə müraciət edilsə də, işgəncə faktının tanınmadığını vurğulayır. “Onun oğurlandığı küçənin kamera görüntüləri, anten məlumatları alınmayıb. Oğurlandıqdan sonra hara aparılıb bilinmir. Maşını da oğurlanaraq hara aparılıb bilinmir. Biz əmlakla bağlı qərardan şikayət verəndə öyrəndik ki, maşınla bağlı...
Məhkəmə

“SalamNews”un sahibi: “O pulu nə reketliklə qazanmışam, nə də oğurlamışam, çirkli olmadığı halda, onu necə leqallaşdıra bilərdim?

28 Yanvar 2025

Açıq mıənbədən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində “SalamNews” və “İnterAz”ın  rəhbəri Mətləb Bağırovun məhkəməsi davam edir.  Bu iş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır.  Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Mətləb Bağırova qarşı cinayət yolu ilə əldə olunmuş vəsaitləri leqallaşdırma, qaçaqmalçılıq, vergidən yayınma və başqa maddələrlə ittiham irəli sürülüb. O, dini-ekstremizm məzmunlu materiallar yaymaqda, İrandan Azərbaycana rəsmi qaydada bəyan etmədən pul gətirməkdə və başqa cinayət əməllərində təqsirləndirilir.  Sonuncu məhkəmə iclasında Bağırov ifadə verib:  “Leqallaşdırma məsələsinə gəlincə, mənim qazandığım pulların Azərbaycanda xərclənməsi yanlış deyil. Mən o pulu hansı mənbədən əldə etmişəmsə, cinayət yolu ilə əldə etməmişəm. Mən o pulu nə reketlik edərək qazanmışam, nə də oğurlamışam. Bu...

Seçilmiş Videolar

Toplum TV loqo