Aytaq Tapdıq/şəxsi arxiv
Bu gün Bakı Apellyasiya Məhkəməsi "MeydanTV işi" üzrə həbs olunmuş jurnalist Aytac Əhmədovanın (Tapdıq) vəsatətini təmin etməyib.
Vəsatət Xətai rayon Məhkəməsinin jurnalist haqqında həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi haqqında şikayəti təmin etməməsi ilə bağlı qərarla bağlı olub.
Vəkil Cavad Cavadov qeyd edib ki, Aytac Tapdıq özü də məhkəmədə iştirak edib.
“Aytac bildirib ki, 10 ildən çoxdur “Meydan TV” ilə əməkdaşlıq edir və onun həbsi sırf jurnalist fəaliyyətinə görədir. Biz də hesab edirik ki, burada Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddəsinin pozuntusu açıq-aşkardır. Obyektiv əsaslar olsa da, istintaq və məhkəmələr onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçmirlər", vəkil deyib.
Cavad Cavadov məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcəyini bildirib.
Aytac Tapdıq “Meydan TV işi” çərçivəsində saxlanılıb.
Ötən il dekabrın 6-da Meydan TV-nin 6 əməkdaşı və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.
Jurnalistlər ittihamı qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs edildiklərini bildirirlər.
Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar.
Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi mövqeyinə görə təqib və təzyiqə məruz qalmadığını, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
The News Record
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?