CNN
HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürdüyü daha 8 girovu azad edib.
Ynavarın 30-da Qızıl Xaç Cəmiyyətinə təhvil verilən ilk şəxs İsrail ordusunun 20 yaşlı əsgəri Aqam Berqer olub.
Bir neçə saat sonra isə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS bəzi mülki girovları - 29 yaşlı Arbel Yahud, 80 yaşlı Qadi Moses və beş Tayland vətəndaşı azad edilib.
İsrail Müdafiə Ordusu əsirlərin Qırmızı Xaça təhvil verildiyini və İsrailə göndərildiyini təsdiqləyib.
Son məlumatlara görə, Qəzzada 82 girov qalıb. Amma onlarla əsirin artıq sağ olmadığı güman edilir.
İsrail 30-u azyaşlı olmaqla, 110 fələstinli məhbusu azad edəcək. Fələstin Məhbuslar Cəmiyyətinin bildirdiyinə görə, onların əksəriyyəti yerli vaxtla saat 12 radələrində İordan çayının işğal olunmuş qərb sahilindəki Ramallah şəhərinin Radana bölgəsinə çatdırılacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Commonspace.eu
The New York Times
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?