İqtisadiyyat

Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?

3 Yanvar, 2025
128

Tarif Şurası əhalinin istehlak etdiyi qaz və elektrik enerjisi üçün tarifləri artırıb. Hər kəsi düşündürən əsas məsələ bu artımların əhalinin, xüsusən aztəminatlı qrupların rifahına nə dərəcədə neqativ təsir göstərəcəyidir.

Qaz tariflərində artım

İstehlak səviyyəsinə uyğun olaraq təbii qaz üzrə tariflərin artımı aşağıdakı kimidir:

  • İllik 1200 kubmetrə qədər istehlak həcmi üçün 1 kub metr təbii qazın qiyməti 12,5 qəpik (köhnə tarif 12 qəpik ) – artım 4,2%;
  • 1201-2500 kubmetr intervalında istehlak həcmi üçün 1 kub metr təbii qazın qiyməti 22 qəpik (köhnə tarif 20 qəpik ) – artım 10%;
  • 2500 kubmetrdən yüksək istehlak həcmi üçün 1 kub metr təbii qazın qiyməti 30 qəpik (köhnə tarif 25 qəpik ) – artım 20%;

Rəsmi açıqlamada deyilir ki, qazın qiyməti orta hesabla 8,7% artırılıb. Bu hesablamanın istehlak həcminə görə abonentlərin paylanması əsasında aparıldığı bildirilir. Qeyd olunur ki, bütün abonentlərin 48%-i illik 1200 kubmetrədək, 39%-i 1201-2500 kubmetr intervalında, 13%-i isə 2500 kubmetrdən çox istehlak həcminə malik ev təsərrüfatlarıdır.

Hər dəfə qiymət artımı zamanı oxşar məlumatlar açıqlanır və Tarif Şurasının bu yanaşmasında müəyyən manipulyasiya var. Mövcud abonentlərin müəyyən hissəsi passiv abonentlərdir – onların mənzillərindəki  sayğaclarda ya “sıfır istehlak”, ya da  il ərzində cəmi 100-200 kubmetrlik istehlak qeydə alınır. Belə abonentlər 2 qrupa ayrılır:

  1. Evlərinin qapılarını qıfıllayıb iş üçün Bakıya və Abşeron yarımadasına axın edənlər. İl boyu həmin evlərdə ya ümumiyyətlə qaz istifadə edilmir (“sıfır istehlak”), ya da bayramdan-bayrama 3-5 günlüyə evlərinə gedəndə çox cüzü istehlak qeydə alınır;
  2. Əsasən Bakı və Xırdalanda 2-ci və ya 3-cü mənzil kimi alınan, heç kimin yaşamadığı sayğaclaşdırılmış mənzillər də abonent sayına daxil edilir.

Bu 2 qrupdan əlavə, çoxmərtəbəli binalarda, mərkəzləşdirilmiş istilik təchizatına çıxışı olan abonentlər də aşağı istehlakı olan əhali qrupudur. Təəssüf ki, rəsmi statistika onların da sayını açıqlamır.

Əgər bu statistika açıqlansa və Tarif Şurasının əsaslandırmasında nəzərə alınsa, məlum olacaq ki, 1200 kubmetrdən çox qaz istehlak edən real abonentlərin payı Şuranın göstərdiyi kimi 52% yox, məsələn, 65-70%-dir; həmçinin təbii qazın orta qiymət artımı heç də Şuranın dediyi kimi 8,7% yox, ən azı 12-13%-dir.

Yaxşı olar ki, “Azəriqaz” İstehsalat Birliyi müntəzəm olaraq əhali-abonentlərin ölkə və hər bir rayon (şəhər) üzrə sayını və illik 200-500 kubmetrə qədər istehlakı olan abonentlərin sayını açıqlasın;  əhalinin qazdan istifadəyə görə illik ödənişlərinin həcmi barədə hesabat versin. Bu məlumatlar açıq olsa, qiymət artımlarının əhalinin büdcəsinə real təsirləri barədə daha aydın təsəvvür yaranar. 

Rəsmi məlumata görə, hazırda ölkədə əhali-abonentlərin sayı təxminən 2,4 milyondur, onların yarısından bir qədər çoxu (1,250 min nəfər) Bakı, Sumqayıt və Abşeronda yaşayır. Qaz istehlakının (təxminən 4 milyard kubmetr) yarısı Bakı və Abşeron yarımdasındakı ev təsərürrüfatlarının payına düşüb. Hər abonentin aylıq qaz istehlakı paytaxtda 130 kubmetr, regionlarda isə 145 kubmetr təşkil edib. Bölgələrdə əhalinin daha böyük sahəyə malik həyət evlərində yaşamaşı, mərkəzləşdilmiş istikik sisteminin olmaması, eləcə də dağlıq ərazilərdə tempraturun daha aşağı olması qaz istehlakını yüksəldir. Bu baxımdan hökumətin dağlıq və yüksək dağlıq ərazilərdəki, eləcə də həyət evləri və çoxmərtəbəli binalardakı mənzillər üçün fərqli tariflərin tətbiqilə bağlı çoxsaylı təklifləri qulaqardına vurması anlaşılan deyil.

Elektrik tariflərində artım

Elektrik enerjisi tariflərində artımlar aşağdakı kimidir:

  • aylıq 200 kVt/saat istehlak üçün 1 kVt/saat enerji tarifi  8 qəpikdən 8,4 qəpiyə qaldırılır (artım 5%);
  • aylıq 201-300 kVt/saat intervalda istehlak üçün 1 kVt/saat enerji tarifi 9 qəpikdən 10 qəpiyə qaldırılır (artım 11%);
  • aylıq 300 kVt/saat saatdan çox istehalk üçün 1 kVt/saat enerji tarifi  13 qəpikdən 15 qəpiyə qaldırılır (artım 15,4%).

Tarif Şurasının rəsmi açıqlamasında qeyd edilir ki,  əhali-abonentlərin 65%-i elektrik enerjisini aşağı (aylıq 200 kVt/saat-dək), 15%-i isə yüksək (300 kVt/saatdan çox) səviyyədə istehlak etdiyi üçün orta qiymət artımı 7,8% təşkil edir. Yuxarıda qeyd etdiyimiz məqam - “sıfır istehlak”ı olan abonentlər hesabına aşağı istehlaklı abonentlərin sayının  şişirdiməsi məsələsi bu sahəyə də aiddir. Bu faktı nəzərə aldıqda, elektrikin bahalanması üzrə orta göstərici 10%-dən az deyil.

Hazırda ölkədə elektrik abonentlərinin sayı 2,6 milyona yaxındır və bunun tam yarısı (1,3 milyon) Bakı, Sumqayıt və Abşeronun payına düşür.

Qaz tariflərindən fərqli olaraq elektirik enerjisinin bahalaşması daha çox Bakı şəhərindəki ev təsərrüfatlarının xərcini artıracaq.

Məlumat üçünü qeyd edək ki, paytaxtda 1 abonentə düşən aylıq elektrik istehlakı təxminən 250 kVt/saat, regionlar üzrə isə 200 kVt/saat təşkil edir.    

İstilik sistemi üzrə tariff 2 dəfə artırılıb

Mərkəzləşdirilmiş istilik sistemlərinin xidmətlərindən istifadə edən abonentlərin xərcləri 2 dəfə artacaq - indiyədək mənzil sahəsinin hər kvadratmetri üçün 0,15 manatlıq tarif tətbiq edilirdi, son bahalaşma qərarı ilə bu mənbəğ 0,3 manata yüksəldilib.

Məsələn, mənzilinin sahəsi 100 kv/metr  olan abonentin qış fəslindəki aylıq xərci 15 manat idisə, indi 30 manat ödəməli olacaq.

Kommunal xidmətlərin bahalaşmasının sosial vəziyyətə mümkün təsirləri

Tarif Şurası maksimum səy göstərir ki, son bahalaşmanın təsirlərinin minimum olduğunu sübut eləsin. Məsələn, artımla bağlı rəsmi əsaslandırmaya görə, 65% abonentin aylıq elektrik xərci 0,45 manat, 48% abonentin aylıq qaz xərci isə 32 qəpik artacaq.

Bu hesablamanın hansı baza göstəricilərə əsaslandığı qeyri-müəyyən olduğu üçün nə dərəcədə real olduğunu söyləmək çətindir.

Amma rəsmi statistikaya görə, su və kanalizasiya xidmətləri üçün ödənişlərinin illik məbləği (200 milyon manata yaxın) xaric, əhalinin kommunal xidmətlərlə (qaz və elektrik istehlakı) bağlı xərcləri hazırkı tariflərlə 2 milyard manata yaxındır. Tariflər orta hesabla 10%-ə yaxın yüksəldildiyi üçün son artımlar əhali üçün ildə 200 milyon manata (ayda 17 milyon manat) yaxın vəsait deməkdir.

Ölkədə əhali-abonent sayını sayını nəzərə alsaq, qaz və elektrikin son bahalaşması orta hesabla 1 abonentin aylıq xərcini 6 manata yaxın artıracaq. Əlbəttə, bu tariflərin artımının sosial vəziyyətə birbaşa təsiridir. Amma dolayı təsirlər daha çox olacaq. Mərkəzi Bank 2025-ci ildə 5,5% inflyasiya gözləyir ki, bu, 2024-ci ilin göstəricisindən (4,4%) daha yüksəkdir. Bankın son açıqlamasında da bu artım daha çox tənzimlənən qiymətlərin artımı ilə əlaqələndirmişdi. Deməli, elektrik və qazın bahalanması əlavə olaraq 1,2-1,5% intervalında əlavə qiymət artımı yarada bilər. Əhalinin illik istehlak xərclərinin 80 milyard manata yaxın olduğunu nəzərə alsaq, tariflərin bahalanmasından yaranan izafi inflyasiya bütün əhali üçün ən azı 800-850 milyon manata yaxın, bir ev təsərrüfatı üçün isə ayda orta hesabla 22-25 manat əlavə xərc deməkdir. 

Minimum pensiya və maaşları 40-45 manat artıran kimi dərhal bu artımları da “kommunal inflyasiya”nın yeminə çevirən qərar verdilər. Hələ bunun qida və dərmanlarının da bahalaşmasını nəzərə alanda, gələn il aşağı gəlir qrupları üçün sosial baxımdan daha çətin olacaq.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı

6 Yanvar 2025

açıq mənbədən götürülüb

Rəsmi statistika əhalinin, xüsusən zəngin əhali qruplarının gəlirlərinin real miqyası ilə bağlı məlumatları ictimailəşdirməkdə xəsislik nümayiş etdirsə də, gəlirlərin dinamikasında baş verən tendensiyaları gizlətmək mümkün olmur. 2024-cü ilin yekunlarına dair statistik nəticələr hələ tam hazır olmasa da, 9 ayın nəticələri əhalinin sosial vəziyyətilə bağlı bəzi maraqlı məqamları görməyə imkan verir. 20%-lik yoxsul kəsimin nominal gəlirləri 0,5%, real gəlirləri 6%-ə yaxın azalıb Ev təsərrüfatlarının tədqiqatına dair rəsmi statistikanın hesabatlarından aydın olur ki, 2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin ən kasıb 20%-lik qrupuna aid ailələrdə adambaşına aylıq gəlirlər 203 manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 0,5% azdır. Hətta rəsmi statistikanın...
İqtisadiyyat

Abad ictimai ərazilərin səviyyəsinə görə Bakı MDB-nin ən pis şəhərlərindən biridir

5 Yanvar 2025

açıq mənbədən götürülüb

İlin son günlərində Dövlət Statistika Komitəsi dayanıqlı inkişafla bağlı yeni hesabat açıqladı. Sənəddə diqqəti çəkən maraqlı göstəricilərdən biri də ümumi istifadəyə açıq olan abadlaşdırılmış şəhər ərazilərinin miqyasıdır. Belə ərazilərə aşağıdakılar daxildir: - yaşayış binalarının və digər tikililərin həyətlərindəki yaşıllıqlar; - parklar və şəhər meşələri; - uşaq meydançaları; - meydanlar (fəvvarələr olan meydanlar, heykəllərin olduğu meydanlar və s.); - idman meydançaları; - dəniz, göl və çayların sahilləri; - sahilyanı qoruqlar; - icma bağları; - parkletlər (səkilərdə, yol döngələrində, parklama yerlərində oturacaq və yaşıllıqlarla təchiz edilmiş kiçik ictimai məkanlar) və s. Hesabatdan aydın olur ki, hazırda Bakı şəhərinin ümumi ərazisinin cəmi 7,6% ...

Seçilmiş Videolar

Toplum TV loqo