Tramp administrasiyası Fələstini müdafiə aksiyalarında iştirak edən tələbələri deport edəcək
Reuters
ABŞ prezidenti Donald Tramp antisemitizmlə mübarizə haqqında sərəncam imzalayıb və söz verib ki, HƏMAS-ın 2023-cü il oktyabrın 7-dəki hücumuna İsrailin cavab tədbirlərindən sonra Amerikada Fələstini müdafiə məqsədilə keçirilən aksiyaların içtirakçılarını – ölkə vətəndaşı olmayan kollec tələbələrini və digərlərini deport edəcək.
Bu barədə “Reuters” yazıb.
Sərəncamı müşayiət edən məlumat vərəqində qeyd edilir ki, “terror təhdidləri, yandırma, vandalizm və Amerika yəhudilərinə qarşı zorakılıq” hallarına qarşı “təcili tədbirlər görüləcək” və 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra “kampuslarımızdakı və küçələrimizdəki antisemitizm tüğyanıyla” mübarizə aparmaq üçün bütün federal resursları səfərbər ediləcək.
“Bu ölkədə yaşayıb cihadçı etirazlara qoşulan bütün xarici vətəndaşlara xəbərdarlıq edirik: 2025-ci ildə sizi tapıb deportasiya edəcəyik. Mən heç vaxt olmadığı qədər radikalizmə yoluxmuş şəxslərin - kollec kampuslarındakı bütün HƏMAS tərəfdarlarının tələbə vizalarını da tezliklə ləğv edəcəm".
İnsan haqları müdafiəçiləri bunun söz azadlığına dair konstitusiya hüququnu pozacağına və çox güman ki, məhkəmə şikayətlərinə səbəb olacağını bildiriblər.
Kolumbiya Universitetinin Nayt (Knight) adına Birinci Düzəliş İnstitutunun baş hüquqşünası Kerri DeSell (Carrie DeCelle) deyib ki, "Birinci Düzəliş ABŞ-dakı hər kəsi, o cümlədən Amerika universitetlərində oxuyan xarici vətəndaşları qoruyur”.
Onun sözlərinə görə, ölkə vətəndaşı olmayanların siyasi bəyanatlara görə deport edilməsi "konstitusiyaya ziddir".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Commonspace.eu
The New York Times
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?