sosial media
Amerikanın “Meta” korporasiyası 2021-ci ildə Donald Trampın “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrini blokladığına görə ona 25 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu barədə “The New York Times” məlumat yayıb.
Bundan əvvəlki seçkilərdə Trampın məğlubiyyətilə razılaşmayan tərəfdarları həmin ilin yanvar ayında Kapitoliyada iğtişaş törətmiş, Tramp bu məsələdə onları dəstəkləmiş, “Meta” onun hesablarını buna görə bloklamışdı.
“İndependent” nəşri məlumatlı mənbələrə istinadən yazıb ki, Tramp dünən, yanvarın 29-da şirkətlə barışıq sazişi imzalayıb. “Wall Street Journal” nəşrinin xəbərinə görə, müqavilənin şərtlərinə əsasən, ödəniləcək məbləğin 22 milyon dolları prezident kitabxanası fonduna, qalan vəsaitsə məhkəmə xərclərinə yönəldiləcək.
“The New York Times” yazıb ki, “Meta”nın sahibi Mark Zukerberq korporasiyanı yeni administrasiyanın mümkün məhdudiyyətlərindən qorumaq üçün son il yarımda Trampla əlaqə qurmağa çalışıb. Zükerberq noyabr ayında - seçkidən az sonra onunla görüşə bilib. Trampın inauqurasiya mərasiminə 1 milyon dollar ianə edən Zükerberq həmin tədbirdə özü də iştirak edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Tramp: Seçkisiz diktator Zelenski tez hərəkət etməlidir, əks halda ölkəsi yox olacaq
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”