Gürcü şairi "polisə sillə vurmaq" ittihamı ilə 2 il azadlıqdan məhrum edilib
Foto: Mindia Gabadze/Publika
Gürcü şair Zviad Ratiani etiraz aksiyası zamanı polis zabitinə siillə vurmaqda ittiham olunaraq iki il müddətinə həbs cəzası alıb.
Ratiani ilkin olaraq “polis zabitinə hücum” maddəsi ilə ittiham olunmuşdu. Bu maddə 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.
Lakin Tbilisi Şəhər Məhkəməsi son anda ittihamı yüngülləşdirərək onu “ictimai asayiş keşikçisinə qarşı müqavimət göstərmək, hədələmək və ya zorakılıq tətbiq etmək” kimi dəyişib.
Şair məhkəmədəki yekun çıxışında bildirib ki, veriləcək hökm necə olursa-olsun, onun gələcəyi ədalətsizlik tərəfdarlarının gələcəyindən daha çətin ola bilməz:
“Təxminən bir il əvvəl polis məni döydü, sümüklərimi qırdı, hakim isə məni təcridxanaya saldı. Orada döyülmüş, işgəncə görmüş gəncləri gördüm. Səkkiz gün sonra Rustaveliyə qayıdanda onların valideynlərini gördüm, amma utandığımdan onlara salam verə bilmədim.”
Ratiani əlavə edib ki, ilk həbsindən sonra vicdan əzabı çəkib:
“Vicdanım məni narahat edirdi, çünki mən yataqda yatır, mənasız mətnlər yazır, sevdiyim qadının qayğısı içində yaşayırdım. Yoxsa mən kimdənsə üstün olduğuma görə deyil.”
Hakim “Gürcü Arzusu” partiyasının kəskin tənqidçisi olan Ratiani bundan əvvəl 2024-cü il noyabrın 29-da saxlanılıb, xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə səkkiz sutkalıq inzibati həbsə göndərilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Ariana Cubillos/AP
Foto: Mirco Toniolo
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır