Reuters
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiyanı tərk edən qərb şirkətləri üçün Qazaxıstanda şərait yaratmağı tapşırıb.
Bu barədə onun mətbuat xidməti məlumat yayıb.
"Sanksiyalara görə Rusiyanı tərk edən Qərb şirkətləri üçün Qazaxıstanda şərait yaratmaq lazımdır ki, təhlükəsiz şəkildə köçə bilsinlər", - məlumatda qeyd olunub.
https://toplum.tv/dunya/qazaxistanda-referendum-nazarbayevin-imtiyazlari-legv-edilir
Prezidentin sözlərinə görə, dünyada investisiya kapitalı uğrunda mübarizə güclənir:
"Əgər Qazaxıstan hökuməti biznes üçün maraqlı təkliflər hazırlaya bilsə, o zaman Qərb tərəfdaşlarının köməyi ilə respublika orta və yüksək keyfiyyətli məhsulların istehsalını artırmaq üçün yaxşı imkanlar əldə edəcək”.
Bundan əvvəl Tokayev Rusiya ərazisindən tranzitdən asılılığı azaltmaq üçün qazax neftinin ixrac marşrutlarının şaxələndirilməsi barədə göstəriş vermişdi. O, transxəzər marşrutunu, Xəzər dənizi üzərindən Azərbaycana, oradan da Gürcüstan və Türkiyəyə nəqli prioritet istiqamət kimi göstərmişdi. Eyni zamanda o, investorları Tengiz layihəsinə (50 faiz Amerikanın "Chevron", digər 25 faiz isə "ExxonMobil" şirkətinə məxsusdur) cəlb etməyi təklif etmişdi.
Tokayevin bəyanatı Rusiya məhkəməsinin xam neft ixracının 80 faizinə cavabdeh olan Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft tədarükünün dayandırılması ilə bağlı qərarı fonunda verilmişdi. Qısa müddətdən sonra məhkəmənin yuxarı instansiyası hökmü ləğv etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
rbc
Avropa İttifaqı raket və dron alınması üçün Ukraynaya 3,3 milyard avro ayırıb
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib