Açıq mənbələrdən götürülüb
2023-cü il yanvarın 1-dən Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəmərilə 1,5 milyon ton neft ixrac etməyə başlayacaq.
"Vlast.kz" nəşri xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanıb.
https://toplum.tv/dunya/qazaxistan-rusiyanin-ukraynadaki-yeni-ilhaqlarini-tanimir
“Bizim indi Bakı-Tbilisi-Ceyhan vasitəsilə gələn il yanvarın 1-dən bu istiqamətdə 1,5 milyon ton neft göndərilməsi ilə bağlı razılaşmamız var. İxracın daha 6-6,5 milyon tona çatdırılması üzərində iş aparılır. Dəmiryol imkanları baxımından yeni vaqon sisternləri alıb, çənlərin sayı iki dəfə artırılıb və Batumi və Özbəkistana dəmir yolu ilə pilot daşınmalar artıq başlayıb”, - Smailov bildirib.
O, həmçinin qeyd edib ki, Bakı limanı vasitəsilə Qazaxıstan nefti Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib