Dünya

Tokayev yanvar hadisələrinin iştirakçılarını əfv edib

2 Noyabr, 2022
1412

Reuters

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Amnistiya haqqında” Qazaxıstan Respublikasının qanununu imzalayıb. Bu o deməkdir ki, “2022-ci il yanvarın 4-dən 7-dək davam edən kütləvi iğtişaşlar şəraitində təxribatçıların təsiri altına düşərək cinayət əməlləri törətmiş” vətəndaşlar cəzadan azad olunacaqlar.

Qazax mətbuatının məlumatına görə, Tokayevin sərəncamına əsasən, yanvar hadisələri zamanı etiraz aksiyalarının qarşısını alan zaman özləri cinayət törətmiş hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbi qulluqçular da amnistiyaya düşüb. 

https://toplum.tv/dunya/qazaxistan-rusiyanin-ukrayna-ile-bagli-telebini-redd-edib

Bildirilir ki, qanunvericiliyə əsasən, yalnız bir hüquq-mühafizə orqanı əməkdaşı amnistiyaya düşə bilər, yanvar hadisələri nəticəsində polis və təhlükəsizlik orqanlarına qarşı ümumilikdə 49 cinayət işi açılıb (işgəncəyə görə məhkum edilmişlər amnistiyaya düşməyəcəklər).

Sərəncama əsasən, "cinayət törətmiş, kiçik və orta ağır cinayətlər törətmiş iğtişaşçılar" barəsində cinayət işlərinə xitam verilir, məhkum olunmuşlar cəzadan azad edilir, cəzasını çəkmiş şəxslər isə artıq məhkum hesab edilməyəcəklər.

Ümumlikdə 1500-ə yaxın vətəndaşın amnistiyaya düşəcəyi gözlənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Moskva Britaniyanı hərbi obyektlərini hədəfə almaqla hədələyib

18 Sentyabr 2026

rbc

“Ukraynada Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunan istənilən Britaniya hərbi obyekti qanuni hədəfdir”. Bunu sentyabrın 18-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Rusiya XİN Böyük Britaniyanın Ukraynaya silah və pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü artırmasına da etiraz edib. Bununla əlaqədar Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb. Moskva Londonu gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb və “özünümüdafiə hüququ” çərçivəsində cavab tədbirləri görə biləcəyini bildirib. Rusiya tərəfi vəziyyətin daha da gərginləşməsinə görə məsuliyyətin Londonun üzərinə düşəcəyini bəyan edib. Sentyabrın 17-də Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski də Britaniyanın Ukraynaya PUA tədarükünü Moskvanın “müharibədə birbaşa iştirak” kimi qiymətləndirə biləcəyini söyləyib....
Dünya

Avropa İttifaqı raket və dron alınması üçün Ukraynaya 3,3 milyard avro ayırıb

18 Sentyabr 2026

sosial media

Ukrayna Avropa İttifaqından (Aİ) raket və pilotsuz uçuş aparatlarının alınması üçün 3,3 milyard avro kredit alıb. “Reuters”in məlumatına görə, bunu sentyabrın 18-də Ukraynanın baş naziri Sergey Koretski bildirib. Avropa Komissiyasının sədri Ursula von der Leyen də bundan bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra vəsaitin köçürüləcəyini açıqlamışdı. Von der Leyen Aİ-nin Ukraynaya dəstək çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsini də təsdiqlədiyini bildirib. O, həmçinin Aİ ilə Ukraynanın birgə müdafiə layihələri üçün yeni proqramın yaradılmasının planlaşdırıldığını qeyd edib. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra Aİ Kiyevə maliyyə və hərbi dəstəyini artırıb. Qurum 2024-cü ildə...

Seçilmiş Videolar

Toplum TV loqo