Siyasət

Tokayev Nur-Sultan şəhərinə Astana adını qaytarır

13 Sentyabr, 2022
1682

Açıq mənbələrdən götürülüb

Astana şəhərinin adını Nur-Sultan kimi dəyişdirən Qasım-Jomart Tokayev fikrini dəyişib. Onun Qazaxıstanın paytaxtının adının Astana adlandırılması təklifi konstitusiya layihəsinə daxil edilib. 

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

“Prezidentə bu təşəbbüslə bağlı məlumat verən deputatlar öz növbəsində əhali ilə görüşlər zamanı dəfələrlə səslənən təkliflərə, eləcə də referendum zamanı vətəndaşların çoxsaylı müraciətlərinə əsaslanıblar”, - deyə Prezidentin mətbuat katibi Ruslan Jeldibai bildirib. 

https://toplum.tv/dunya/camasirxana-yeni-qazaxistan-haqqinda

Bununla belə, Tokayev hesab edir ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyan digər obyektlər öz adlarını saxlamalıdır.

Tokayev 2019-cu ildə Astananın adının Nur-Sultan olaraq dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib və müvafiq fərman imzalayıb. O, 30 il dövlətə rəhbərlik etmiş Nursultan Nazarbayevin adının əbədiləşdirilməsini, şəhərin onun şərəfinə adlandırılmasını təklif edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Səməd Seyidov: “Hamı növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun”

18 Sentyabr 2026

sosial media

“Hamı nəinki gələcək, həm də növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Hindistan nümayəndələrinin Qarabağ səfərində iştirak etməməsindən danışarkən “Modern. az”a deyib. O, açıqlamasında bu məsələyə Azərbaycan və Hindistan arasında son təmaslar kontekstində yanaşmağın lazım olduğunu deyib: “Hindistanın mövqeyinə gəlincə, yaxın zamanda cənab prezident İlham Əliyevin Hindistanın baş naziri Narendra Modi ilə görüşü oldu. Bu görüş və orada aparılan söhbətlər heç də təsadüfi deyil. Bu, Azərbaycanın apardığı siyasətin regionda alternativsiz olduğunu göstərir. Ona görə bir qədər səbirli olun. Gələcək hələ qabaqdadır”. Qarabağ və ətraf rayonlarda həyata keçirilən layihələrin şəffaflığı...
Siyasət

Taleh Bağırzadənin övladlarına bəraət verilməsi barədə vəsatət rədd edilib

17 Sentyabr 2026

sosial media

Sentyabrın 17-də Xəzər Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin yeniyetmə övladlarının şi üzrə növbəti baxış iclası keçirilib.  Bu barədə inanclı məhsbus Ağaəli Yahyayevin bacısı Elnarə Eldar məlumat yayıb. Məlumata görə, vəkil Zibeydə Sadıqova iclasın keçirilməməsi və yeniyetmələrə bəraət verilməsi barədə vəsatətlər qaldırıb. E.Eldar vurğulayıb ki, vəkil prosesdə qarşı tərəflə danışıqlar aparılmasını təklif edib, daha əvvəl bu istiqamətdə bir neçə cəhdin nəticəsiz qaldığını deyib. Müdafiə tərəfi hadisə zamanı Bağırzadə qardaşlarının zorakılığa məruz qaldığını və mübahisəyə təhrik olunduğunu iddia edib. Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. Növbəti məhkəmə iclası sentyabrın 29-u saat 11:00-a təyin edilib. Qardaşlar təhsil aldıqları Buzovna qəsəbəsindəki...

Seçilmiş Videolar

Toplum TV loqo