500 milyon manat böyüyən təhsil büdcəsi: bu artımdan müəllim maaşlarına və tələbə təqaüdlərinə nə düşəcək?
açıq mənbədən götürülüb
Milli Məclisə təqdim olunan 2025-ci iln dövlət büdcəsi sənədlərinə əsasən, gələn il təhsil xərcləri 10 faizdən bir qədər çox, yaxud 464 milyon manat artaraq 4,9 miyard manata çatdırılır. Bəs bu artımlar əsasən hansı istiqamətlərə və hansı təhsil tədbirlərinə yönələcək?
Maaş və təqaüdlərdə artım varmı?
Təhsil bölməsi üzrə əmək ödənişi xərclərində təxminən 8 faiz və ya 252 milyon manat məbləğində artım görünür. 2025-ci ildə 4.9 miyard manatlıq təhsil büdcəsinin 67 faizi bilavasitə əməyin ödənilməsinə aiddir. Lakin büdcə sənədləri bu artımın hansı təhsil pilləsi üzrə nə qədər təşkil edəcəyini müəyyən etməyə imkan vermir. Çünki məktəbəqədər təhsildə maaş xərclərinin faktiki olaraq əvvəlki səviyyədə - 245 milyon manat qalması nəzərdə tutulur. Orta təhsildə də vəziyyət eynidir - ümumi əməkhaqqı fondu təxminən 2,3 milyard proqnozlaşdırılır. Peşə təhsili üzrə (34,4 milyonlıq maaş fondu) artım yoxdur, orta ixtsas təhsilində (əməkhaqqı xərcləri 80,8 milyon manat) cəmi 5 milyon manat artım gözlənir.
Nəhayət, ali təhsil pilləsində dövlət sifarişli tələbələr üçün ayrılan subsidiyalar da nəzər alınmaqla, əmək ödənişi xərclər 192 milyon manat təşkil edəcək ki, bu da əvvəlki ilə nisbətən cəmi 5 milyon manat çoxdur.
Bəs təhsil pillələrinin heç birində açıq görünməyən əməkhaqqı xərcləri hara yönəlir və büdcə sənədlərində bu barədə izahat varmı? Sənədləri detallı analiz etdikdə məlum olur ki, artımların təxminən 56,5 milyon manatı orta təhsil pilləsində sertifikatlaşma proqramında iştirak etmiş müəllimlərin əməkhaqlarının diferensiallaşdırılmasına yönəldiləcək. Amma əmək ödənişi xərcləri üzrə yerdə qalan 200 milyon manatlıq artımın istiqamətlərilə bağlı nəsə demək mümkün deyil. Sadəcə “təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər paraqrafı” üzrə 184 milyon manat məbləğində əlavə əmək ödənişi xərci görünür. Bu vəziyyət büdcənin şəffaf tərtib olunmamasından qaynaqlanır.
Tələbə təqaüdlərinə gəlincə, bu xərclərdə cüzi məbləğdə - təxminən 10 milyon manat (5 faiz) artım görünür, ümumi təqaüd fondu 219 milyon manat (ümumi təhsil xərclərinin 4 faizi) məbləğində proqnozlaşdırılır. Bu məbləğin 173 milyon manatı ali təhsil pilləsində, yerdə qalan hissəsi isə digər təhsil pillələrində oxuyan tələbələr üçün nəzərdə tutulub.
Təhsil pillələri üzrə xərclər necə bölünüb?
Sektor üzrə ən çox xərc artımı ali təhsildə baş verəcək. Dövlət sifarişilə oxuyanlar üçün universitetlərə verilən subsidiyaları da nəzərə almaqla, ali təhsil xərclərində 37 faiz və ya 154 milyon manat məbləğində artım proqnozlaşıdırlır. Bunun təxminən 105 milyon manatı dövlət sifarişi üzrə xərclərin artması ilə bağlıdır. Təəssüf ki, büdcə tərtibatında şəffaflıq olmadığı üçün dövlət sifarişi üzrə maliyyə fondunun konkret universitetlər üzrə bölgüsü də qapalıdır.
Lakin sifarişdənkənar xərclərin bir neçə universitet üzrə bölgüsü büdcə sənədlərində açıqlanıb. Məsələn, 2025-ci ildə Polis Akademiyası üçün 9,4 milyon manat (2024-cü ildə 8,7 milyon manat), Gömrük Akademiyası üçün 3,7 milyon manat (əvvəlki ildə 2,9 milyon manat), Fövqəladə Hallar Akademiyası üçün 10,4 milyon manat (əvvəlki ildə 9,3 milyon manat), Milli Aviasiya Akademiyası üçün 22,4 milyon manat (təxminən əvvəlki ildə olduğu qədər) xərc nəzərdə tutulur.
Ən böyük vəsait ADA universitetinə ayrılacaq – 40,3 milyon manat. Bu, 2024-cü ilin göstəricisindən 46 faiz və ya 12,7 milyon manat çoxdur.
Rusiyanın 2 universitetinin filialına ümumilikdə 21,7 milyon manat, o cümlədən Lomonosov Universitetinin filialına 13,9 milyon manat, Seçenov Uiniversitetinin filialına 7,8 milyon manat ayrılacaq.
Orta təhsil pilləsi üzrə 2,4 milyard manat - təxminən 2024-cü ildəki qədər vəsait ayrılması nəzərdə tutulur. Bunun da 97 faizi əməyin ödənilməsinə ayrılıb. Ölkənin 4000-dən artıq məktəbində infrastrukturun saxlanması, kommunal və rabitə xidmətləri, təsərrüfat ehtiyaclarının ödənilməsi xərcləri cəmi 73,5 milyon manatdır.
Bu büdcənin cəmi 3 faizinin qeyri-maaş xərclərindən ibarət olması göstərir ki, məktəblərin zəruri həcmdə və keyfiyyətdə xidmətlər alması ilə bağlı ciddi problemlər var. Görünür, bu səbəbdəndir ki, rəsmi şəxslər hər fürsətdə valideynlərin məktəblərə yardımlarını dəstəkləyən çıxışlar edirlər. Qısa desək, bununla onlar hökumətin orta təhsillə bağlı öhdəliklərini yerinə yetirə bilməməsinə haqq qazandırmağa çalışırlar. Təkcə bir faktı demək kifayəydir ki, 2025-ci ildə 4000-dən artıq orta təhsil müəssisəsi üçün cəmi 229 min manat və ya orta hesabla ayda 4,7 manat məbləğində internet xərci nəzərdə tutulur. İndiki tariflərlə bu məbləğə keyfiyyətli internetə çıxış imkansızdır. Şübhəsiz ki, məbləğin belə az olmasının səbəbi məktəblərin çoxunun internetə çıxışının təmin edilməməsidir. Elə rəsmi statistika da göstərir ki, hazırda məktəblərdə şagirdlərin ancaq yarısı internetdən istifadə edə bilir.
Gələn il orta ixtisas və peşə təhsili üzrə xərclər 187 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin göstəricindən (179 milyon manat) çox da fərqlənmir.
1. Əməkhaqqı xərcləri üzrə yerdə qalan 200 milyon manatlıq artımın istiqamətlərilə bağlı nəsə demək mümkün deyil. Sadəcə “təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər paraqrafı” üzrə 184 milyon manat məbləğində əlavə əmək ödənişi xərci görünür. Bu vəziyyət büdcənin şəffaf tərtib olunmamasından qaynaqlanır.
2. 2025-ci ildə ali təhsil xərcləri çərçivəsində Polis Akademiyası üçün 9,4 milyon manat (2024-cü ildə 8,7 milyon manat), Gömrük Akademiyası üçün 3,7 milyon manat (əvvəlki ildə 2,9 milyon manat), Fövqəladə Hallar Akademiyası üçün 10,4 milyon manat (əvvəlki ildə 9,3 milyon manat), Milli Aviasiya Akademiyası üçün 22,4 milyon manat (təxminən əvvəlki ildə olduğu qədər) xərc nəzərdə tutulur.
Ən böyük vəsait ADA Universitetinə ayrılacaq – 40,3 milyon manat. Bu, 2024-cü ilin göstəricisindən 46 faiz və ya 12,7 milyoin manat çoxdur.
3. 2025-ci ildə 4000-dən artıq orta təhsil müəssisəsi üçün cəmi 229 min manat və ya orta hesabla ayda 4,7 manat məbləğində internet xərci nəzərdə tutulur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
2025-ci ilin sosial büdcəsi: ünvanlı yardımlar cüzi artırılır, işsizlərə dəstək azaldılır
baku.ws
maşet.az
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?