Manşet

İpoteka Fondu: “Kreditlərinin şərtlərində müvafiq dəyişikliklər edilə bilər” 

25 Avqust, 2021
1805

Açıq mənbələrdən götürülüb

Fonddan “Toplum TV”-yə cavab gəldi. 
 
“Toplum TV” bugünlərdə ipoteka kreditlərinin verilməsi ilə bağlı yazı hazırlamışdı. Ancaq o zaman yaranan suallara İpoteka və Kredit Zəmanəti Fondundan münasibət ala bilməmişdik. Həmin yazı yayımlandıqdan sonra qurum suallara yazılı cavab göndərib. 
 
“Toplum TV”-nin “Qarşıdakı ildə Fond ipoteka krediti şərtlərinin yüngülləşdirilməsi ilə bağlı hər hansı layihə hazırlayırmı” sualına cavab olaraq bildirir: “İpoteka kreditləşməsi əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi daima diqqət mərkəzindədir. İpoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, kreditləşmə prosesinin avtomatlaşdırılması məqsədilə Fond və aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi şəkildə ardıcıl tədbirlər həyata keçirilir və müvafiq yeniliklər tətbiq edilir. Əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə ipoteka kreditlərinin verilməsi prosesi müraciətlərin qəbulundan kreditin rəsmiləşdirilməsinədək tam şəkildə avtomatlaşdırılıb”.  
 
Qurumdan deyilir ki, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət dəstəyi nəticəsində ipoteka kreditləri kifayət qədər əlverişli şərtlərlə həyata keçirilir: “İpoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8% müəyyən olunmasına baxmayaraq,  ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin yaradılması təmin edilib və nəticədə bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (7%) ipoteka kreditlərinin verilməsinə nail olunub. Müqayisə üçün, Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz 9,2%, Qazaxıstanda isə orta faiz dərəcəsi 8,5% təşkil edir;   
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən müəyyən sosial kateqoriyalara aid edilmiş şəxslərə illik 4%-lə güzəştli ipoteka kreditlərinin verilməsi həyata keçirilir. Qeyd edək ki, son illər ərzində güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi kifayət qədər genişləndirilib”.  
 
Fond ipoteka kreditləşməsi sahəsində aparılan dəyişikliklər zamanı qabaqcıl dünya ölkələrinin  təcrübələrinin dərindən öyrənildiyini, vətəndaşlardan və müvəkkil təşkilatlardan daxil olan sorğular, təkliflər və ölkə xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edildiyini bildirir.  
 
Qurum növbəti ildə ipoteka kreditlərinin verilməsində dəyişiklikləri istisna etmir: “Bununla əlaqədar qeyd etmək istəyirik ki, cari ildə də maliyyə bazarlarında baş verən dəyişikliklər, iqtisadi konyuktura, eləcə də əhalinin ehtiyaclarından asılı olaraq ipoteka kreditlərinin şərtlərində müvafiq dəyişikliklər edilə bilər”. 
 
İpoteka və Kredit Zəmanəti Fondu fəaliyyət göstərdiyi dövr ərzində 35 mindən çox ailənin ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olduğunu bildirir. Verilən ipoteka kreditlərinin həcminin 1,9 milyon manata yaxın olduğu qeyd olunur.  
 
İpoteka kreditlərinin təxminən 35%-inin güzəştli kateqoriyalara aid şəxslərə, 69%-inin gənclərə və gənc ailələrə verildiyi deyilir.  
 
Verilmiş kreditlərin cəmi 22%-i regionların payına düşüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Elnarə Qasımova İstintaq Təcridxanasında dustaqların istismar olunduğunu deyir

17 Sentyabr 2025

Foto: VOA

“Abzas Media işi” üzrə həbs olunmuş jurnalist Elnarə Qasımova saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır: Təcridxananın həyətində, dəhlizlərində sarı jiletli kişi məhbusları tez-tez görmək olur. Bəziləri torpağı belləyir, bəziləri arabalarla gələn sovqatları, malları daşıyır və digər işləri görür. Onlar həbsxana jarqonunda “xoz” adlanan təsərrüfat işçiləridir.  Yəni, məhkum işçilər. Bakı İstintaq Təcridxanasında (BİT) 200-ə yaxın məhkum işçi var.  Barələrindəki hökm qüvvəyə minmiş, artıq məhkum sayılan şəxslər öz razılıqları ilə təsərrüfat və məişət xidməti işi üçun istintaq təcridxanalarında və ya digər müəssisələrdə saxlanıla bilərlər.  Bu halda təcridxanalar həmin məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. Təsərrüfat işçilərinin arasında santexnik, elektrik, dərzi, televizor ustası, təmirçi və...
Manşet

"Amnesty International" azərbaycanlı tədqiqatçıların azadlığı üçün kampaniyaya başlayıb 

17 Sentyabr 2025

Foto: sosial media

"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda həbsdə olan elmi tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azadlığa buraxılması üçün kampaniyaya başlayıb.  Kampaniya çərçivəsində təşkilat Azərbaycan prezidenti İlham Əliyevə məktublar yazılması üçün çağırış edib.  Kampaniyaya qoşulmaq istəyənlər üçün təşkilat məktub nümunəsi də hazırlayıb.  Nümunədə Səmədov və Əbilovun qondarma ittihamlarla və siyasi motivlərlə həbs olunduğu bildirilir. "İqbal Əbilov və Bəhruz Səmədovun saxta ittihamlarla uzunmüddətli həbs cəzalarına məhkum edilməsi, akademik dairələrdə tənqidin qarşısını almaq və siyasi cəhətdən həssas mövzuların müzakirəsini əngəlləmək kampaniyasının bir hissəsi kimi görünür", - deyə nümunədə qeyd olunub.  Ardınca məktub nümunəsində Əliyevdən Səmədov və Əbilovu "dərhal və qeyd-şərtsiz azad etməsi"...

Seçilmiş Videolar

Toplum TV loqo