Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral, 2026
273

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib. 

Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm." 

Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. 

Y.Əhmədov məhkəmədə ifadəsində bildirib ki, təqsirləndirilən Azər Cümşüdovu çöküntü olan əraziyə özü göndərib. 

"Bizə ərazidə çöküntü ilə bağlı məlumat daxil oldu. Azərin komandasını göndərdim ki, vəziyyətə baxsınlar. Baxıb mənə protokolu göndərdilər. Daha sonra ərazini təhlükəsizlik işarələri ilə bağlayıb mənə şəkillərini göndərdilər. Hüquqşünasımız orada yerləşən mağazalara da xəbərdarlıq etdi. Həmin işarələrə nəzarət Azər Cümşüdovun işi deyildi. İstəsə də, edə bilməzdi. İdarə rəsinin müavini şahid qismində gələcək, ora nəzarətlə bağlı sualları o cavablandıra bilər", - o qeyd edib. 

Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, hadisədə günahkar Azər Cümşüdov deyil: "O gənc gəlib oraya düşüb, bu, qismətdir. Heç kim bunu təxmin edə bilməzdi. Bu, başqası da ola bilərdi. O ki, qaldı "günahkar kimdir" sualına, günahkar o işarələri oradan götürənlərdir”.

Zərərçəkənin vəkili şahiddən həmin ərazidə niyə təmir aparılmadığını soruşub. Şahid cavab verib ki, təmir üçün lazım olan material 1 ay gec ayrılıb, material olmadığı üçün də təmir apara bilməyiblər.

Növbəti proses martın 3-nə təyin edilib.

Ötən il iyun ayında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən Cümşüd Cümşüdlünün meyiti iyunun 28-də Hövsan qəsəbəsində kollektorda tapılmışdı.

İş üzrə təqsirləndirilən şəxs kimi həbs olunan Azər Cümşüdov ötən prosesdə özünü təqsirli bilmədiyini demişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo