Foto/kollaj: Toplum TV
ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü Cin Şahin Azərbaycanda həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) məktub yazıb.
"Qəzetçi"nin xəbərinə görə, senator Ü.Əli də daxil olmaqla Azərbaycandakı "siyasi məhbus"ların məsələsinin onun üçün prioritet olaraq qaldığını bildirib.
“Sənin işinlə bağlı səsimi mümkün olan hər yerdə qaldıracağam və azadlığa buraxılmağın üçün iş aparacağam”, – senator əlavə edib.
C.Şahin jurnalistin anasının “The Washinton Post” qəzetinə verdiyi müsahibəni də oxuduğunu qeyd edib.
O əlavə edib ki, Ü.Əlinin həbsindən öncə "jurnalist etikasına və həqiqətləri dilə gətirəcəyinə sadiq qalacağına dair mesajı" beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Ü.Əlinin vaxtilə çalışdığı “Amerikanın Səsi” qurumunun çətin dövrdən keçdiyini vurğulayan senator qeyd edib ki, o öz həmkarları ilə birlikdə media qurumunun fəaliyyətini davam etdirməsi üçün əlindən gələni edəcək:
“Gün gələcək, azadlığa buraxılmağını qeyd etmək üçün səni ABŞ Senatına dəvət edəcəyik. O vaxtadək güclü ol və yadında saxla ki, sənin cəsarətin təqdirə layiqdir”.
Ülviyyə Əli mayın 7-də "Meydan TV işi" çərçivəsində həbs edilib. O, valyuta qaçaqmalçılığında ittiham olunur.
Jurnalist ittihamları rədd edir, həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Əli Kərimli: İlham Əliyev özü Danimarkada sammitdə iştirak edir, mənim isə xaricə səfərlərimin qarşısını alır
Foto: açıq mənbə
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır