Foto: açıq mənbə
Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib.
Komitənin oktyabrın 6-da yaydığı məlumatda bildirilir ki, səfər sentyabrın 22-dən oktyabrın 3-dək davam edib və bu, Komitənin Azərbaycana altıncı belə səfəri olub.
Açıqlamada qeyd olunur ki, səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərlə, eləcə də cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslarla rəftarı və onların saxlanma şəraitini araşdırmaq olub. Nümayəndə heyəti, həmçinin, psixiatrik müəssisələrdə saxlanılan şəxslərlə rəftar, onların şəraiti və hüquqi təminatlar məsələlərini də yoxlayıb.
Komitə səfəri zamanı əvvəlki illərdə verdiyi tövsiyələrin icrası ilə bağlı Azərbaycan hakimiyyəti tərəfindən görülən tədbirləri də qiymətləndirib.
Nümayəndə heyəti səfər çərçivəsində ədliyyə nazirinin müavini Toğrul Hüseynov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də müvafiq nazirliklərin, Polis və Penitensiar xidmətlərin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib.
Bundan başqa, heyət Baş Prokurorluğun əməkdaşları, Polis Akademiyasının nümayəndələri və Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri ilə də görüşüb.
Komitə səfərin sonunda Azərbaycan hakimiyyətinə ilkin müşahidələrini təqdim edib, lakin onların məzmunu ictimaiyyətə açıqlanmayıb.
Vəkil Fariz Namazlı “Facebook” səhifəsində xatırladıb ki, 2024-cü ildə Komitə Azərbaycanın əməkdaşlıqdan imtinası səbəbindən ictimai bəyanat yayaraq, 2022-ci ildə ölkəyə səfər üzrə yekun hesabatı hökumətin razılığı olmadan açıqlamışdı.
Onun sözlərinə görə, həmin hesabatda Komitə polis əməkdaşları tərəfindən işgəncə və pis rəftarla bağlı çoxsaylı məlumatlar aldığını qeyd edib. Lakin Azərbaycan hakimiyyəti bu istiqamətdə Komitənin tövsiyələrinin icrası üçün addım atmayıb.
Hesabatda, həmçinin, Azərbaycan hökumətinin Komitə prezidentinin məktublarına cavab verməməsi və əməkdaşlıqdan imtina etməsi Avropa İnsan Hüquqları Konvensiyasının ciddi və misli görünməmiş pozuntusu kimi qiymətləndirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: İsrail XİN
Foto: AP
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır