Foto: VOA
“Meydan TV”-nin hazırda həbsdə olan baş redaktoru Aynur Elgünəşin ( “Çinar ağacının kölgəsində” adlı qısametrajlı sənədli filmi Praqada keçirilən “Press Play Prague” beynəlxalq film festivalında mükafata layiq görülüb.
Filmin festivalda tamaşaçı rəğbəti qazanan iki ekran işindən biri olduğu açıqlanıb.
Aynur Elgünəşin filmi jurnalistin şəxsi həyat təcrübəsinə əsaslanır. O, yeniyetmə yaşlarında köçkün düşdüyü Ağdama 28 il sonra jurnalist kimi qayıdır və uşaqlığının izlərini, dağıdılmış evlərin və itmiş xatirələrin arasında axtarır.
On səkkiz dəqiqəlik hibrid sənədli filmin prodüseri jurnalist və rejissor Durna Səfərova, operator və montaj müəllifi isə Mətləb Muxtarovdur.
Aynur Elgünəş 2024-cü ilin dekabrında “Meydan TV işi” üzrə həbs olunub. Həmin iş çərçivəsində ümumilikdə 12 nəfər barəsində cinayət işi açılıb. Əvvəlcə onlara “qrup halında qaçaqmalçılıq”, daha sonra isə qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
Jurnalistlər ittihamları rədd edir və bunun peşə fəaliyyətlərinə görə siyasi sifariş olduğunu bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”