Foto: sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Daxili İşlər Nazirliyinin onun xarici pasport almasına imkan vermədiyini deyib.
Ə.Kərimli "Facebook" səhifəsində xəbər verib ki, oktyabrın 7-də bir gün ərzində pasport almaq üçün ASAN Xidmət mərkəzlərindən birinə müraciət edib və rüsum ödəyib. Ona pasportun növbəti gün hazır olacağı deyilib.
Oktyabrın 8-də ASAN Xidmətə yaxınlaşan partiya sədrinə bir neçə telefon zəngindən sonra pasport verilməkdən imtina olunduğu bildirilib.
"Mən imtinanın səbəbini soruşanda əməkdaş yəqin ki, özündən vəzifəsi böyük olan başqa xanıma müraciət etdi. Həmin xanım da mənə bildirdi ki, sizə pasport verilməsinə DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi icazə vermir. İmtinanın heç bir izahatı da yoxdur. Sonra məndən dünən aldıqları xidmət haqqını geri qaytardılar", - o qeyd edib.
Ə.Kərimli xatırladıb ki, pasport ala bilməməsi ilə bağlı bir ay öncə baş prokuror Kamran Əliyevə də müraciət edib, lakin cavab almayıb.
"Mən əlbəttə ki, DİN-in müvafiq baş idarəsinə də müraciət edəcəm. Ancaq mən də, siz də bilirik ki, 20 il ərzində mənə pasport verməmək və mənim xarici səfərlərimə qadağa qoymaq qərarı yalnız İlham Əliyev tərəfindən verilə bilər. Görünür Əliyevsayağı ədalət, rəqabət belə olur.
Ancaq hər zaman belə olmayacaq. O topal ədalət bir gün bizim ölkəmizə də gəlib çatacaq. İndi yaşadığımız absurdlar isə tarix olacaq. Avtoritarizmin, tək adam hakimiyyətinin bağlanacaq kitabının sadəcə bir səhifəsi olacaq", - o əlavə edib.
Ə.Kərimli bu yaxınlarda Varşava, Afina, Riqa və Praqada keçirilən beynəlxalq forumlara dəvət olunub. Bununla bağlı o, xarici pasport ala bilməməsi məsələsini gündəmə gətirib.
Ə.Kərimli xarici pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə yenidən sənəd almaq üçün müraciət etsə də, ona həmin sənəd verilməyib. Partiya sədrinin sözlərinə görə, 1994-cü ildə başlanmış cinayət işinin hələ də açıq olması buna əsas göstərilib. Ə.Kərimli barəsində 1994-cü ilin sentyabrında cinayət işi başlanmışdı. Hələ o zaman hüquq-mühafizə orqanları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdi, özü isə ittihamları rədd etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Aljazeera
Foto: sosial media
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır